Almaniyadan Rusiya və Çinə dəstək
Tarix: 16.08.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Berlin Moskva və Pekinin Koreya yarımadasında yaranan problemin həlli ilə bağlı təqdim etdikləri planı müdafiə edib

Koreya yarımadası ətrafında vəziyyətin kəskinləşməsi, yeni dünya müharibəsinin baş verməsinə gətirib çıxara bilər. Ötən həftə daha çox ABŞ və Şimali Koreyanın biri-birinə qarşı səsləndirdiyi sərt ittihamlarla yadda qalıb. Şimali Koreyanı təhdid edən Amerika prezidenti Donald Trampa Pxenyanın cavabı o qədər də gecikməyib. Şimali Koreya Vaşinqtonun bu ölkəyə hər hansı bir təhdidi müqabilində ABŞ-ın Quam adasında yerləşən hərbi bazasına raket zərbələri endirəcəyini bildirib.
Bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Qeyd edək ki, Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı Rusiya və Çinin təklif etdikləri “ikili dondurma” planına Almaniya da dəstək verib. Almaniyanın xarici işlər naziri Zigmar Gabriel çinli həmkarı ilə telefon danışığı zamanı qeyd edib ki, Berlin Çinin Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı fəaliyyətinə böyük önəm verir. Almaniyalı nazir Berlinin KXDR-nin nüvə məsələsinin sülh yolu ilə həllində Çinlə birgə işləməyə hazır olduğunu deyərək, yarımadada yaranmış mövcud gərginliyin hələ də nəzarətdən çıxmamasının mühüm olduğunu xatırladıb. Xatırladaq ki, Rusiya və Çin Xarici İşlər nazirlikləri bir müddət əvvəl Koreya yarımadasındakı problemlər bağlı birgə bəyanat yaymışdılar. Bəyanatda Şimali Koreyaya nüvə testləri və raket buraxılışı ilə bağlı moratoriumun tətbiq edilməsi təklif edilməklə yanaşı,

Yaponiyada KXDR tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar təlimlər keçirilməsi barədə qərar qəbul edilib

Cənubi Koreya ilə ABŞ-ın regionda keçirəcəkləri birgə təlimlərdən çəkinməyə çağırış edilmişdi. Lakin Moskva və Pekinin bu təşəbbüsünə nə ABŞ, nə Cənubi Koreya, nə də Yaponiya dəstək vermədilər. Vaşinqton israrla tələb edir ki, Pekin raket sınaqlarını dayandırmaq üçün Şimali Koreyaya təsir göstərməlidir. Bu arada Vaşinqton Cənubi Koreya ərazisinə Şimali Koreyanın təhdidləri ilə bağlı raket əleyhinə “Patriot” kompleksi yerləşdirib. Bu barədə məlumatı Cənubi Koreyanın “KBS” telekanalı yayıb. Məlumata görə, ABŞ-ın 35 hava müdafiə briqadası yeni “Patriot” kompleksləri ilə təchiz edilib. Məqsəd bu sistemin hərbçilər tərəfindən mükəmməl öyrənilməsinə hesablansa da, artıq sistem sınaqdan keçirilib. “KBS” telekanalının başqa bir məlumatına görə, Cənubi Koreyanın Osane, Suvone, Kunsane, Kvandju bölgələrində ABŞ-ın 12 “PAC-2” və “PAC-3” tipli zenit-raket sistemləri yerləşdirilib. Bu arada “RİA Novosti” Şimali Koreyanın sinxron olaraq dörd “Xvason -12” tipli orta mənzilli raketin sınaqdan keçirməyə hazırlaşdığı barədə məlumat yayıb. Sayt raketlərin ABŞ-ın hərbi bazasının yerləşdiyi Quam adasının 30-40 kilometrliyində dənizə düşəcəyi və bunun da ABŞ-a xəbərdarlıq olacağını bildirib. Xatırladaq ki, bu ilin iyun ayında Şimali Koreyanın həyata keçirdiyi iki ballistik raket sınağından sonra BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Onu da qeyd edək ki, avqustun 18-də Yaponiyanın doqquz prefekturasında Koreya Xalq Demokratik Respublikasının Quam adası istiqamətində raket buraxacağı təqdirdə fövqəladə vəziyyətlə əlaqədar təcili xəbərdarlıq sisteminin yoxlanması üçün təlimlər keçiriləcək. NHK telekanalının yaydığı məlumata görə, həmin prefekturalar arasında 1945-ci ildə atom bombardmanına məruz qalmış Hiroşima da var. Təlimlər təcili yardım sistemlərinin yoxlanması məqsədilə keçiriləcək. Təlimlər qeyd edilən prefekturalarla yanaşı, Tottori, Okayama, Yamaquçi, Tokuşima, Kaqava və Ehime prefekturalarında yerləşən yaşayış məntəqələrini də əhatə edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info