Turizm sahəsində böyük rəqabət: “Air Berlin”i sıradan cıxardılar
Tarix: 16.08.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Bu gün kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi hesab edilən turizm bir çox ölkələr üçün prioritetdir. Bu sektorun getdikcə genişlənməsinin nəticəsidir ki, təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. BMT Baş Məclisi 2017-ci ili "Beynəlxalq Davamlı Turizm İli" elan edib.

2017-ci ildə ən sürətlə böyüyən 10 turizm destinasiyası


BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) 2017-ci il üzrə turistlərin sayı və turizm gəlirlər ilə bağlı ilk 10 ölkənin adını açıqlayıb. Məlumata görə, turizm gəlirlərində Amerika ilk sıradakı yerini qoruyub. Burada qeyd edilir ki, dünyada ən çox turizm gəliri əldə edən Amerika 2016-cı ildə bu sahədən 205,4 milyard dollar qazanıb. Amerikanı 60.3 milyard ilə İspaniya, İspaniyanı da 49.9 milyard dollar ilə Tayland təqib edir. Türkiyə iki il əvvələ qədər bu siyahıda yer aldığı halda 2016-cı ildə 17-ci sıraya düşüb.
Ziyarətçi sayında isə ilk 10-luğun birinci sırasında 86,2 milyon turistlə Fransa yer alıb. Fransanı 75,6 milyon nəfərlə Amerika və İspaniya izləyir. Türkiyə turizm gəliri siyahısında olduğu kimi ən çox ziyarətçisi olan ilk 10 ölkə siyahısında də yer ala bilməyib.
UNWTO turizmdə 2017-ci ilin ən sürətli böyüyən 10 destinasiyasının adını açıqlayıb. UNWTO-nun məlumatına görə, 2017-ci ildə ən sürətli böyüyən 5 turizm destinasiyasından 3-ü ərəb ölkəsidir. Burada qeyd edilir ki, Yaxın Şərqi ziyarət edən beynəlxalq turist sayı ötən ilə nisbətən 2017-ci ilin ilk 4 ayında 10,4 faiz nisbətində artarkən, bölgənin illik ziyarətçi sayı 54 milyonu aşıb. Dünya turizmi bu ilin ilk dörd ayında keçən ilin eyni dövrünə görə 4 faiz yüksəlişlə 369 milyon nəfər artıb. Beləliklə, 2017-ci ildə ən sürətli böyüyən 10 turizm destinasiyasında yer alan ölkələr sırasında Fələstin, Misir, Şimali Mariana Adaları, İslandiya, Tunis, Vyetnam, Uruqvay, Nikaraqua, Monqolustan, İsrailin adı var.

Turizmdə rəqabətin qurbanı
Bu gün turizmin inkişafı bir çox sahələrdə rəqabəti artırıb. Bu rəqabətə davam gətirə bilməyən bir çox şirkətlər, firmalar isə bazarı tərk etmək məcburiyyətində qalırlar. Turizm sektorunda mühüm olan sahələrdən biri də ölkələrin hava yollarıdır. Bu günlərdə bazardan geri çəkilən şirkətlər sırasında Almaniyanın ikinci böyük hava yolu şirkəti “Air Berlin”in adı var. Öz iflasını elan edən “Air Berlin” 2016-cı ildə 780 milyon dollar zərər edib. Şirkətin iflası ilə bağlı müxtəlif fikirlər səslənir. Turizmçi Hüseyn Baraner, “Air Berlin”in iflası haqqında sosial media hesabından bunları açıqlayıb: “`Nəhəng “Air Berlin” iflasını elan etdi. Minlərlə çalışan, milyonlarla sərnişin, milyardlarla borc... Berlin adı hava nəqliyyatı sektoruna uğurlu gəlmədi. İndi Almaniyada 2018-ci il mövsümi üçün təyyarə planlaşdırılmasında çətinliklər daha da artacaq. İspaniya həyəcan təbili çalır, bazardakı mövcud təyyarə şirkətləri ilə görüşməyə başlayıb. Biz də təqib edirik. Gizli danışıqlarımız var”. Qeyd edək ki, “Air Berlin”in iflası şirkətin 7 mini aşan işçisi üçün "ciddi bir zərbə" hesab edilir. İngilis hava yolu şirkəti “Ryanair” isə “Air Berlin”in iflasının “hazırlanmış oyun” olması səbəbi ilə Almaniya hökuməti, “Lufthansa” və “Air Berlin” haqqında Avropa Komissiyasına şikayət edib.
Şirkət tərəfindən verilən açıqlamada qeyd edilir ki, Almaniya hökuməti “Lufthansa” ilə birlikdə “Air Berlin”in əmlakını parçalamaq və əsas rəqibi oyundankənar vəziyyətdə qoymaq üçün oyun qurub. Bu vəziyyət Avropa Birliyi rəqabət və dövlət dəstəyi qaydalarına tamamilə ziddir.

“Etihad” maliyyə dəstəyini çəkib
Uzun müddətdir maliyyə problemləri yaşayan “Air Berlin”in əsas səhmdarlarında olan “Etihad”ın maliyyə dəstəyini çəkməsindən sonra iflasla bağlı müraciət edib. “Air Berlin”dən verilən açıqlamaya görə, şirkət alman hökumətindən aldığı 150 milyon avro kreditin də dəstəyi ilə əməliyyatlarına davam edəcək. Bu müddətdə vəziyyətdən çıxış yolu axtarılacaq. Almaniyanın ən böyük hava yolu şirkəti olan “Lufthansa” ilə adı açıqlanmayan başqa bir şirkətin “Air Berlin”in səhmlərinə iddiaçı olduğu bildirilir. Maliyyə dəstəyini çəkdiyini açıqlayan “Etihad”ın iflasla bağlı məsələyə münasibəti belə olub: “Air Berlin”in iflasla bağlı müraciəti, xüsusilə son 6 ildə bu şirkətə olduqca geniş bir dəstək verən bizim şirkətimiz də daxil olmaqla bütün tərəflər üçün kədərli bir hadisədir. Bu ilin aprel ayında “Air Berlin”ə 250 milyon avroluq əlavə fond təmin etdiyimiz kimi, hava yolunun böhrandan çıxması üçün strateji seçimlərlə bağlı işləri da qüvvətləndirdik. Ancaq “Air Berlin”in əməliyyatları görülməmiş bir sürətlə pozuldu. Bu vəziyyət, şirkətin yaşadığı müəyyən çətinliklərin öhdəsindən gəlməsini və alternativ yol tapmasına mane oldu. Bu şərtlər altında, şirkətin kiçik səhmdarı olaraq daha çox dəstək verməyimiz qeyri-mümkün oldu. Ancaq davamlı bir kommersiya köməyi ilə bağlı dəstəyimizi davam etdirəcəyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info