“Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir”
Tarix: 17.08.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir.
Bu sözləri Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Avstraliya Milli Universitetinin magistr və doktorant tələbələri ilə görüşü zamanı həmyerlimiz İlkin Əliyevin sualını cavablandırarkən deyib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı azərbaycanlı tələbə nazirə Azərbaycana bu yaxınlarda baş tutmuş səfərinin məqsədi və nəticələri barədə sual ünvanlayıb. Eyni zamanda, iki ölkə arasında kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın perspektivləri barədə soruşub.
Nazir deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var: “Mən inanıram ki, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Biz Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirməyə hazırıq”.
Azərbaycana səfərindən çox razı qaldığını, ölkəmizin zəngin mədəniyyətinin onu heyran etdiyini vurğulayan xanım nazir deyib ki, Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir. Avstraliya və Azərbaycan ərazi baxımından bir-birindən uzaq olduğu üçün biznes və turizm əlaqələri zəif inkişaf edib. Azərbaycana səfərin məqsədi ondan ibarət idi ki, bu əlaqələr daimi olaraq inkişaf etsin, yeni layihələrə start verilsin.
Bu yaxınlarda bir qrup avstraliyalı iş adamının Azərbaycana səfər edəcəyini qeyd edən K.Fierravanti-Uells Avstraliya və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun böyük rolu var.
Avstraliyalı nazir bundan sonra iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info