Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib
Tarix: 17.08.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının dördüncü günündə 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzvlər seçilib.
19 namizəddən 12-si Dünya Skaut Komitəsinə üzv seçilib. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Beləliklə, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Komitəsinin rəhbər orqanına daxil olub.
İlyas İsmayıllı deyib ki, 40 milyon üzvü öz ətrafında birləşdirən Dünya Skaut Hərəkatı Təşkilatının Skaut Komitəsi kimi çox böyük bir ictimai təşkilatın üzvü olmaq böyük şərəfdir. Skaut Komitəsinin qəbul etdiyi qərarlar bütövlükdə təşkilatın inkişaf istiqamətini müəyyən edir. Skaut hərəkatının ölkəmizdə nisbətən gənc – 20 yaşı olduğunu nəzərə alaraq, deyə bilərəm ki, bu, Azərbaycan üçün böyük uğurdur.
“Mənim üçün Dünya Skaut Komitəsinin işində iştirak etməyim skautinqin inkişafına öz baxışıma müvafiq olaraq daha yaxşı kömək etmək imkanımın olması deməkdir. Hesab edirəm ki, Dünya Skaut Hərəkatı Təşkilatının coğrafiyasını, təşkilata daxil olan ölkələrin, xüsusən Mərkəzi Asiya regionundan olan ölkələrin sayını artırmaq lazımdır. Mərkəzi Asiya regionunda görüləsi işlər çoxdur. Həmçinin Dünya Skaut Hərəkatı Təşkilatının strukturunu yeniləmək lazımdır. Bunun uçun komitənin hər bir üzvü müəyyən istiqamətdə işləməlidir”.
Qeyd edək ki, Skaut Komitəsinə seçkilər hər 3 ildən bir keçirilir. Dünya Skaut Komitəsinin üzvü bu vəzifəni öz Milli Assosiasiyasının mövqeyi ilə birləşdirə bilməz. Ona görə də tezliklə Azərbaycan Skautlar Assosiasiyasında yeni prezident seçkisi keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info