Qazaxda Qaratel Hacımahmudovanın xatirəsi anılıb
Tarix: 17.08.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Qazaxda Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudovanın doğum günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Qazax Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Qazax rayonunda mənfur qonşularımıza qarşı aparılan mübarizədən, bu yolda rayonun 283 şəhid verməsindən söz açıb. Qeyd edib ki, qazaxlılar öz torpaqlarını mərdliklə qoruyub və bu yolda canlarından keçiblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Q.Hacımahmudovanın keçdiyi şanlı həyat yolundan danışıb.
Sonra Şəhid Ailələri və Qarabağ Müharibəsi Veteranları İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, şəhidin adını daşıyan məktəbin direktoru Yeganə Göyüşova, Qaratelin döyüş yoldaşı Nəsib Nəsibov çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüb.
Şairlərdən Zaməddin Ziyadoğlu, Məzahir Yaqublu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu Qaratelə həsr etdikləri şeirlərini oxuyublar. Şəhidin adını daşıyan məktəbin şagirdlərinin ifasında Vətənə, Qarabağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info