“Azərenerji” müəssisələrində yeni texnologiyalar tətbiq edir
Tarix: 17.08.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası, 8 enerji blokundan ibarət, ümumi gücü 2400 meqavat (MVt) olan və “Azərenerji” ASC-nin ən böyük müəssisəsi sayılan “Azərbaycan” İES-də enerji bloklarının və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması, eləcə də müəssisənin qarşıdakı payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə hər il olduğu kimi, bu il də kompleks tədbirlər həyata keçirilir.
Konfiqurasiya sisteminin texniki tələblərinə uyğun aparılan profilaktik yoxlama və sınaq-sazlama işləri nəticəsində stansiyanın dayanıqlı və qənaətli iş rejimi təmin edilir, elektrik enerjisi istehsalı dispetçer yük qrafikinə uyğun aparılır, əməliyyat heyəti tərəfindən avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilmir.
Müəssisədə bu ilin yeddi ayının texniki-iqtisadi göstəricilər üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib. Həmin müddətdə stansiyada 4,6 milyard kilovat-saata yaxın, təkcə iyul ayında isə 873 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
Ümumiyyətlə, stansiyanın ilk enerji bloku işə düşdüyü 1981-ci ilin dekabr ayından indiyədək burada 300 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Hazırda stansiyanın yanacaq-nəqliyyat sexində genişləndirmə işləri aparılır, daha 6 ədəd mazut çəni inşa edilir. Beləliklə, mazut ehtiyatının saxlandığı çənlərin sayı 18-ə çatdırılacaqdır.
Bundan başqa, 500 kV-lik Açıq Paylayıcı Quruluşda da yeni texnologiyalar tətbiq edilməklə yenidənqurma işlərinə başlanılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info