“Şvartsenberq Çexiyanın xarici siyasət maraqlarına zərbə vurur”
Tarix: 02.05.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Çexiyanın nüfuzlu “parlamentnilisty.cz” internet səhifəsində jurnalist və yazıçı, Çexiyanın keçmiş prezidenti Vatslav Klausun Ofisinin rəhbər müavini Petr Hayekin “Parlament nə vaxt Şvartsenberqin Çexiya Respublikasına ziyan vurması barədə qərar qəbul edəcək” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Çexiyadakı səfirliyindən verilən məlumata görə, müəllif Karel Şvartsenberqi boş-boş danışan, “həmişənazir” adlandırıb. Məqalədə bildirilir ki, hökumətdə olan əsas partiya ODS daima tənqid edilir, amma “TOP 09” barədə heç bir mənfi fikir söylənilmir və bəzilərinin dediyinə görə, bu bəlkə Berlin və ya Brüsselin istəyidir: “Karel Şvartsenberq dəfələrlə Çexiyanın xarici siyasət maraqlarına zidd olan ifadələr işlədib, məsələn Sudet almanları ilə bağlı qanunu pisləyib, Şvartsenberq hökumətdə daimi olaraq ilk növbədə Çexiyanın rəqiblərinin (özü də yalnız iqtisadi deyil) maraqlarını irəli sürüb”. Karek Şvartsenberqi “anti-diplomatiyanın nəhəng şəxsiyyəti”, “Çexiya tarixində ziyanverici şəxs” adlandıran müəllif, onu “Berlinin Çexiyadakı 5-ci kolonnasının əsas generallarından biri” adlandırıb və bildirib ki, Şvartsenberq “əsl dost və sponsorlarının” maraqlarını güdür, “insan hüquqları” sözlərini isə sadəcə mövzu kimi istifadə edir: “Şvartsenberq hər şey edə bilər - böyük şirkətləri qəribə şəkildə ələ keçirmək, dünyada iqtisadi maraqlarımızı məhv etmək - ona hər şey olar, bu, heç kəsi təəccübləndirmir, axı bu “bizim Karelimizdir”, onun danışığında problem var, amma maraqlıdır ki, alman dilində danışarkən, heç bir problemi olmur”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info