BƏƏ qəzeti: “Bakı şəhəri Avropa ilə Asiyanın qovuşduğu məkandır”
Tarix: 17.08.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Azərbaycanın paytaxtı Bakı sadəliyin, sakit yaşamın ünvanıdır. Burada müxtəlif millətlərin nümayəndələri harmoniya şəraitində yaşayır”.
Bu fikirlər Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) “Əl-İmarat əl-yaum” qəzetində Bakıya həsr edilən məqalədə öz əksini tapıb.
Məqalədə bildirilir ki, Xəzər dənizinin sahilində yerləşən, həm qədimliyi, həm də müasirliyi ilə gözəl olan Bakı şəhəri Avropa ilə Asiyanın qovuşduğu məkandır. Bakıda alış-veriş məkanlarının, muzeylərin və qədim binaların yaxın yerləşməsi şəhərdə gözəl sintez yaradır. Bakı küçələrində qışda belə həyat qaynayır. Buranın iqlimi dekabrda da günəşlidir. Sadəliyi və sakitliyi sevənlərin vaxtlarını keçirmələri üçün Bakıda məkanlar çoxdur.
Müəllif yazır ki, Qız qalası qədim Bakıda turistlərin üz tutduqları ən mühüm məkanlardandır. Bakının tarixi inkişafını əks etdirən muzey, eləcə də xatirə hədiyyələrinin satışı üçün guşə fəaliyyət göstərir. İçərişəhər Azərbaycanın tarixi qoruğudur, qala divarları ilə əhatələnib. Bura ənənəvi sənət və sənətkarlıq mərkəzi sayılır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İçərişəhər tarixi irs kimi qorunur. Müəllif bölgələrdə turistlərin istirahəti üçün hər cür şəraitin olduğunu da bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info