“Ermənistanda dövlət sistemi iflic vəziyyətindədir”
Tarix: 02.05.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Sosial xarakterli etiraz aksiyalarının keçirilmədiyi gün yoxdur”
Ermənistanda sosial xarakterli etiraz aksiyalarının keçirilmədiyi gün yoxdur. Bu haqda məlumat verən “Lragir” yazır ki, təxminən eyni gündə bir neçə yerdə aksiya keçirilib. İrəvandakı ticarət mərkəzində çalışan işçilər icarə haqqının yüksək olmasına etiraz olaraq aksiya keçiriblər. Onlarla yanaşı, “Nairit” zavodunun işçiləri 10 aydır ala bilmədikləri maaşlarını tələb edərək prezident iqamətgahının qarşısında toplaşıblar.
Ucan kəndinin sakinləri isə yeni tikilən elektrik stansiyasına görə sularının kəsilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər: “Sosial xarakterli etiraz aksiyaların keçirilmədiyi bir gün belə, yoxdur. Elə olur ki, bir gün ərzində bir neçə aksiya keçirilir. Seçkiqabağı durum olmadığından hakimiyyət bu aksiyalara o qədər də diqqət ayırmır. Əgər aksiyalar keçirilməsə, mətbuat bu haqda yazmır, hökumət, ümumiyyətlə, heç bir problemlə maraqlanmır. İnsanlar sosial problemlərin həll olunmamasına görə aksiya keçirirlər. Halbuki bu məsələlər hökumətin diqqət ayırmalı olduğu əsas məsələlərdir. Sosial məsələ həmişə dövlətin diqqət mərkəzində olmalıdır. Əgər hansısa şəxsə və ya şirkətə elektrik stansiyası inşa etməklə bağlı icazə verilirsə, bundan əvvəl həmin ərazidə yaşayan əhaliyə heç bir ziyan dəyməməsi üçün müəyyən işlər görülməlidir. Bu tipli məsələlər hökumətin gündəlik iş qrafikinə daxil olmalıdır. Bizdə isə belə problemlər ancaq aksiya keçirildiyi zaman gündəmə gəlir. Hökumət bu problemləri həll edəndə də daha çox işin reklam tərəfinə diqqət ayırır. Əslində problem aksiya keçirilənə qədər həll edilməlidir. Faktiki olaraq Ermənistanda dövlət sistemi iflic vəziyyətindədir. Məsələn, kimlər ki seçkinin saxtalaşdırılmasında iştirak edirsə, onların vəzifə səlahiyyətləri artırılır. Ermənistanda gündəlik keyfiyyətli xidmət göstərən dövlət orqanı yoxdur”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info