“Bütün beynəlxalq tədbirlərdə, forumlarda Polşa Azərbaycanın haqlı mövqeyini müdafiə edib”
Tarix: 17.08.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Avqustun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini Yan Çeçiçak, Polşanın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan polşalılarla iş üzrə Departamentinin direktoru Mateusz Stasiek, Polşa Xarici İşlər Nazirliyinin Diplomatik və mədəni tanıtım üzrə Departamentinin direktoru Andrey Fafara, Polşanın Azərbaycandakı səfirinin müvəqqqəti işlər üzrə müşaviri Andrey Jankovski, Polşa Xarici İşlər Nazirliyinin Qafqaz Birliyinin rəhbəri Piotr Konovrocki ilə görüşüb.
Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən Kamal Abdulla ümid etidiyini bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək: “Bütün beynəlxalq tədbirlərdə, forumlarda Polşa Azərbaycanın haqlı mövqeyini müdafiə edib, eyni zamanda ölkəmizdə təşkil olunan beynəlxalq, nüfüzlu tədbirlərdə Polşanın təmsilçiləri aktiv şəkildə iştirak ediblər. Bunun özü Polşa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının bariz göstəricisidir. Hər iki ölkə prezidentinin bu cür yüksək münasibətlərin qurulmasında böyük rolu var və biz sevinirik ki, Polşa kimi bir ölkə ilə münasibətlər bu gün də yüksək səviyyədədir. Bu münasibətlərin gələcəkdə daha yüksək səviyyəyə çatacağına isə heç bir şübhə ola bilməz”.
Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru olduğu dövrdə-2009-cu ildə Polşa prezidenti olan Lex Kaçinskinin həmin universitetə gəlişini, ona universitetin fəxri doktoru diplomunu təqdim etməsini həmişə xoş təəssüratla xatıladığını söyləyib.
Rektor qeyd edib ki, Lex Kaçinskinin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsində, Azərbaycan və polyak xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsində və dərinləşdirilməsində xüsusi xidmətləri olub.
Polşa mədəniyyətinin, ədəbiyyatının, dilinin Azərbaycan Dillər Universitetində təbliğ və tədris olunduğunu bildirən rektor ümid etdiyini bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istaqamətdə daha böyük işlər görüləcək. Kamal Abdulla Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinin tədris edilməsinin, bu məqsədlə yeni mərkəzlərin açılmasının vacibliyini diqqətə çatdırıb: “Bu məsələ düşünürəm ki, həm sizin, həm də bizim marağımızda olmalıdır”.
Kamal Abdulla Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verərək Polşa Mərkəzinin yaradılması təklifini irəli sürüb: “Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”.
Yüksək qonaqpərvərliyə görə, Kamal Abudllaya öz təşəkkürünü bildirən Polşa Xarici işlər nazirinin müavini Yan Çeçiçak əlaqələrin daha yüksək səviyyədə inkişafı ilə bağlı rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu bildirib. Yan Çeçiçak qeyd edib ki, universitetdə Polşa Mərkəzinin yaradılması ideyasını dəstəkləyir və bu ideyanın həyata keçməsi üçün lazım olan addımların tez bir zamanda atılmasına çalışacaq.
Görüşün sonunda qonaqlara ingilis dilinə çevrilmiş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info