Rusiya əhalisinin təbii azalması sürətlənib
Tarix: 17.08.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Rusiyada ölüm səviyyəsinin azalmasına baxmayaraq, hələ də dünyadan köçənlər sayı yeni doğulanların sayını üstələyir. Ölüm səbəbləri arasında isə xərçəng və ürək-damar xəstəlikləri aparıcı yer tutur.
Bu barədə məlumatı “medportal.ru” saytı Rusiya Dövlət Statistika Komitəsinə istinadən yayıb. Məlumatda bildirilir ki, ölənlərin hər beş nəfərindən biri əməkqabiliyyətli kişilərdir. Ekspertlər hesab edirlər ki, ölüm və sağlamlıq təbabətlə qismən bağlı məsələdir, burada ekologiyanın, həyat tərzinin, genetik amillərin rolu daha çoxdur. Buna görə də ölüm hallarının hiss ediləcək qədər azaldılması üçün səhiyyə sistemini inkişaf etdirmək azdır. “Xalqın qorunması uğrunda” İctimai Birliyinin rəhbərlərindən olan Rusiya Elmlər Akademiyasının üzvü Sergey Kolesnikov hesab edir ki, aylar, rüblər və ya yarımilliklərin yekunları əsasında hər hansı nəticəyə gəlmək düzgün deyildir: “Bu rəqəmlər, əlbəttə, müxtəlif cür yozulur. Nəzərə almaq lazımdır ki, ölüm halları, ola bilsin ki, azalsın, amma doğum azaldığı üçün əhalinin sayı aşağı düşür. Buna görə də bir göstərici əsasında təhlil aparmaq yanlışdır. Daha yaxşısı ilin yekununu gözləmək və göstəriciləri əvvəlki illərlə müqayisə etməkdir”. “Zdorovye” Müstəqil Monitorinq Fondunun məlumatına görə, 2012-ci ildən sonra ilk dəfə 2016-cı ildə əhalinin təbii artımında müsbət göstərici qeydə alınmayıb, 2017-ci ilin birinci rübündə isə əhalinin təbii azalması 92,8 min nəfərə çatıb. Əhali arasında ölümün yüksək göstəriciləri son illərdə rusiyalıların ömür müddətinin əvvəlcədən planlaşdırılan artımına nail olmağa imkan vermir. Fondun mütəxəssisləri statistik məlumatları təhlil edərək aydınlaşdırıblar ki, 2016-cı ildə ölkədə əhalinin təbii artımı sıfıra bərabər olub. Hər 1000 nəfərə doğum və ölüm əmsalı da eyni rəqəmlə ifadə edilib -12,9. Fondun açıqlamasına görə, kəndlər üzrə statistika daha çox təşviş doğurur. Ekspertlərin fikrincə, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülməsə, Rusiyada əhalinin təbii azalması 2025-ci ildə 291,7 min nəfər təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Erməni qadınların problemləri
16.07.2019
İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı
16.07.2019
Çavuşoğlu Avropaya meydan oxudu: “Aralıq dənizinin şərqində 3 gəmimiz var, dördüncünü də göndərəcəyik”
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info