Moldovanın yeni təhlükəsizlik strategiyası hazırlanır
Tarix: 18.08.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Dodon:
“Yeni strategiya 2018-ci ilin sonuna qədər parlamentə təqdim ediləcək”
Moldova prezidenti İqor Dodon yeni milli təhlükəsizlik strategiyasının hazırlanması təşəbbüsü ilə çıxış edib. Dodonun iddiasına görə, belə bir təşəbbüsün həyata keçirilməsi, daha çox “peşəkarlıq tələbləri əsasında olacaq”.
Bu məsələ Moldova Ali Təhlükəsizlik Şurası və Prezident Aparatı nümayəndələrinin iştirakı ilə keçirilən işgüzar görüşdə müzakirə edilib. . Moldovanın milli təhlükəsizlik üzrə yeni strategiyasının müzakirəsində bir sıra təkliflər səsələndirilib. “İşgüzar görüşdə əsas təklif yeni strategiyanın işlənib hazırlanması və 2018-ci ilin sonuna qədər təsdiq edilmək üçün ölkə parlamentinə təqdim edilməsi oldu. Bir müddət bundan əvvəl ölkədə yaranmış vəziyyətə görə köhnə strategiyanın ləğvi barədə fərman imzaladım. Xatırladım ki, hazırda ölkədə fəaliyyətdə olan strategiya 2011-ci ildə qəbul edilib”-deyə Dodon özünün “Facebook” səhifəsində yazıb. Qeyd edilməlidir ki, hazırda Moldova hakimiyyətində Rusiyaya qarşı münasibət birmənalı deyil. Hökümət başçısı və parlament spikeri Qərblə əməkdaşlığa üstünlük verir. Onlar Rusiya ilə viza rejiminin tətbiq edilməsini təklif edirlər. “İzvestiya” yazır ki, Moldova prezidenti Dodon ölkə parlamentində Rusiyaya viza tətbiqilə bağlı səslənən təklifləri təxribat kimi dəyərləndirib. Moldova parlamentində Rusiyaya viza rejiminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrini yekunu kimi qərar qəbul edilməyib. Parlamentdəki millət vəkillərinin bəziləri viza rejimi ideyasını Rusiyaya qarşı diplomatik bəyanatların davamı kimi dəyərləndirir. Dodon nəşrə açıqlamasında bu məsələni “ağılsız və təhlükəli addım” kimi dəyərləndirib. Moldova prezidenti buna imkan verməyəcəyini bildirib: “Rusiya vətəndaşlarına viza tətbiq edilməsi üçün heç bir səbəb görmürəm. Axı, bu nəyə lazımdır?. Unudulmamalıdır ki, hazırda bizim Rusiya ərazisində 560 mindən artıq vətəndaşımız yaşayır. Təbii ki, bu real olmayan rəqəmdir, reallıqda isə onların sayı 700 mindən də artıqdır. Viza ideyasını ortaya atanlar, əlbəttə ki, bütün bunları nəzərə almalıdırlar. Şəxsən mən, bunu təxribat kimi dəyərləndirirəm”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info