BVF-dən Çinə xəbərdarlıq: 29 trilyon dollar borc risk yaradır
Tarix: 18.08.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Maliyyə sabitliyinə diqqət ayrılmasa, iqtisadi artım tempi zəifləyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Çinin sürətlə artan borclarının yaratdığı risklərlə bağlı xəbərdarlıq edib. Çinə xəbərdar edən BVF, ölkənin orta müddətli böyümə hədəfləri yerinə uzun müddətli maliyyə sabitliyinə diqqət artırmayacağı halda əhəmiyyətli dərəcədə geriləmə, hətta daha pis vəziyyətlə qarşı-qarşıya qala biləcəyini bildirib.

Çinin 29 trilyon dollara yüksələn borçlarıyla əlaqədar vəziyyət BVF-nin hesabatında da qeyd edilib. Çinin kredit artımının "təhlükəli bir hərəkət" kimi dəyərləndirilib. BVF-nin yeni hesabatı iqtisadi böyümədə diqqətə çarpan bir yavaşlama riskinin artdığına diqqət çəkib. Valyuta Fondu artan kredit problemini həll etmək üçün qərarlı addımlar atılması ilə bağlı çağırış edib. Hesabatda qeyd edilir ki, “kredit partlayışı” olmasaydı, Çinin son dövrdəki iqtisadi artımı daha yavaş ola bilərdi. Qlobal maliyyə böhranından indiyədək Çinin iqtisadi inkişafı, ötən otuz ildə orta nisbətlə 10 faizdən keçən il 6.7 faizədək yavaşlayıb.
Bu gün Çinin borcları 29 trilyon dollar olmaqla iqtisadi böyüklüyün 258 faizinə çatıb. Ölkə, borcları üçün ildə 870 milyard dollar faiz ödəyir. Çinin qısa müddətli böyümə hədəflərinə daha çox yönəldiyini müdafiə edən BVF, bu hədəflərə çatmaq üçün təşviqlərə və kredit böyüməsinə bel bağlamanın "təhlükəli" ola biləcəyi xəbərdarlığını edib. BVF hesab edir ki, Çin üçün 2018- 2020-ci il ortalama iqtisadi artım proqnozu 6 faizdən 6,4 faizə yüksələcək və bununla da 2010-cu ildəki ÜDM-in 2020-ci ildə iki dəfə artması ilə bağlı hədəfin reallaşması şansı əldə ediləcək. Ancaq BVF, bunun uzun müddətli sağlam iqtisadiyyat yarada biləcəyinə əmin deyil.

Çin yenidən ABŞ istiqrazının ən böyük sahibidir
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Çinin iyun ayında, doqquz aydan sonra təkrar dünyanın ən böyük ABŞ istiqraz sahibi mövqeyinə döndüyünü açıqlayıb. ABŞ Maliyyə Nazirliyinin son məlumatlarına görə, Çində olan ABŞ istiqrazı 5 aylıq yüksəlişdən sonra iyun ayında 44,3 milyard dollarlıq artımla 1,1465 trilyon dollara çatıb. Keçən il oktyabr ayında Çini ötən Yaponiyanın iyunda qeydə alınan nəticəyə görə sahib olduğu ABŞ istiqrazları 20,5 milyard dollar enişlə 1,0908 trilyon dollar olub. ABŞ-ın ümumi xarici istiqrazları may ayında 6,1236 trilyon dollar olduğu halda, iyun ayının sonunda 6,1713 trilyona yüksəlib. Digər tərəfdən Çin Xalq Bankının məlumatlarına görə, Çinin valyuta ehtiyatları 6 ay ardıcıl artaraq, iyul ayında 3,081 trilyon dollara çatıb.
Dövlət borclarının 9 trilyon dolları mərkəzi banklarda
Dünyanın nüfuzlu altı mərkəzi bankının təxminən 10 ildir davam etdirdiyi liberal pul siyasəti səbəbi ilə sahib olduğu aktivlərin məbləği 15 trilyon dollara çatıb. Bu rəqəmin 9 trilyon dollardan bir az çoxunu dövlət istiqrazları təşkil edir. Konkret olaraq dövlətlərin ümumi 46 trilyonluq dövlət borcunun beşdə biri bu bankların əlindədir. Bu da onların maliyyə böhranından bu yana sahib olduqlarının təxminən dörd qatına təsadüf edir. Ötən on ildə görünməmiş sayda təşviq proqramları ilə qarşılaşan qeyd edilən altı bank həmin dövlətlərin ümumi borclarının beşdə birini kassasında saxlayır. Dünyanı çətinliklərlə üz-üzə qoyan 2008-ci il maliyyə böhranının ardından mərkəz banklar borcla bağlı xərclərini azaldaraq qlobal iqtisadiyyatı canlandırmaq siyasəti seçdilər. BVF və “Financial Times” qəzetinin məlumatlarına görə, liberal pul siyasətindən istifadə edən ABŞ, Avropa, Yaponiya, İngiltərə, İsveçrə və İsveçi təmsil edən altı böyük mərkəz bankın kassalarında 15 trilyon dollar vəsait var.

“Ç in ilə iqtisadi müharibədəyik”
Yeri gəlmişkən, Ağ Evin analitiki Steve Bannon ABŞ-ın hazırda Çin ilə iqtisadi müharibədə olduğunu deyib: “Çin ilə iqtisadi müharibədəyik. Bu sahəyə ciddi diqqət ayırmalıyıq. Əgər, biz hazırda getdiyimiz yolda irəliləməyə və itirməyə davam etsək, 25 və yaxud 30 il sonra əsas hakim onlar olacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info