Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
Tarix: 18.08.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Qazax rayonunda kəndli-fermer təsərrüfatı tütün əkilən sahələri 100 hektaradək genişləndirəcək. Rayonda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, cari ildə bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür. Ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilərək 50 hektara çatdırılıb. Fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatı tərəfindən də 30 hektar sahədə tütün əkilib və hazırda bitkinin yığımı davam edir. Gələcəkdə tütün sahəsinin 100 hektara çatdırılması planlaşdırılıb. Sahədə işləyən əməkçilərin evdən gətirilməsi və geri aparılması üçün nəqliyyat da ayrılıb.
Tütünçü Nailə Həbibova deyib: “Ailədə 5 nəfərik. Beşimizdə gəlib gündəlik tütün dəririk. Hər birimizin qazancı gündəlik 15-20 manat olur”.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının direktoru Tərlan Hüseynov qeyd edib ki, ölkə başçısının avqustun 4-də Qax rayonunda keçirilən müşavirədə söylədiyi fikirlər fermerlərin ixracyönümlü məhsulların istehsalına marağını daha da artırıb. Cari ildə 30 hektar sahədə tütün becərən kəndli-fermer təsərrüfatı gələcəkdə sahələri genişləndirərək 100 hektara çatdıracaq.
İstehsal olunan məhsulun satışında da heç bir problem yaşanmır. Bağlanmış müqaviləyə əsasən istehsal olunan məhsul tütün kombinatlarına satılır. Tütün yığımı oktyabr ayına qədər davam edəcək. Bu günədək 15 tona qədər tütün yığılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info