Bir şəklin tarixçəsi
Tarix: 18.08.2017 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Aran bu yazısında 25 il əvvəl Naxçıvanda çəkilmiş bir maraqlı fotoşəklin tarixçəsindən söhbət açır. AZƏRTAC yazını təqdim edir.
x x x
Bu şəkil düz 25 il əvvəl – bu gün çəkilib. Axırıncı sovet əsgəri Naxçıvanı tərk edirdi. Tale elə gətirdi ki, o tarixi hadisədə mən də iştirak etdim. O zaman hələ Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətdə deyildi. 91-lərin müraciətinə 2 aydan bir az çox, YAP-ın təsis konfransına isə 3 aydan bir qədər artıq qalırdı. Söhbət 1992-ci il avqustun 18-dən – düz 25 il bundan əvvəldən gedir.
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev muxtar respublikada fəaliyyət göstərən, bir sıra hallarda başıpozuq və özbaşına hərəkət edən sovet hərbi hissələrinin zabit və əsgərlərinin gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hərəkətlərinin qarşısını almaq istəyirdi. Artıq sovet ordusunda əsgəri intizam, qayda-qanun ciddi şəkildə laxlamışdı. Naxçıvanda diviziya komandiri milliyyətcə belorus Slabaşeviç idi, qərargah rəisi isə milliyyətcə ukraynalı idi. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev həm Belarusun birinci katibi Şuşkeviçlə, həm də Ukraynanın birinci katibi Kuçma ilə danışıqlar aparmışdı. Bu iki əsas hərbçinin - diviziya komandirinin və qərargah rəisinin həmin ölkələrdə uyğun vəzifələrə təyin olunmaları üçün Heydər Əliyev hər iki birinci katibdən razılıq almışdı və sovet ordusunun problemsiz, səs-küysüz, rahat şəkildə Naxçıvandan yola salınmasını məharətlə planlaşdırmışdı. Onlar da razılaşmışdılar.
Bundan xeyli əvvəl isə ulu öndər Heydər Əliyev orada qulluq edən əsgərlərin və zabitlərin analarını Naxçıvana dəvət etmiş və onlara başa salmışdı ki, artıq SSRİ dağılmışdır, Azərbaycan müstəqil respublikadır, əslən Rusiyadan və digər millətlərdən olan əsgərlərin Azərbaycan sərhədlərini qoruması absurddur. Bunu azərbaycanlı əsgərlər də edə bilər. Ona görə də Naxçıvanda sovet ordusunun qalması tamamilə əhəmiyyətsiz və heç bir hüquqi əsası olmayan bir məsələdir. Ortaya Qars müqaviləsi ilə yanaşı, digər beynəlxalq müqavilələri də qoymuşdu. Heydər Əliyev böyük inandırma qabiliyyəti ilə başqa məsələləri də həmin analara izah etmişdi. Analardan da bu həqiqətləri komandir, zabit, əsgər oğullarına çatdırmağı xahiş etmişdi. Analar hərbi hissələrdə olub, həqiqətləri oğullarına başa salmışdılar və onların hamısını Naxçıvandan sakitcə, heç bir insident olmadan çıxıb getməyə çağırmışdılar. Bütün bu məsələlər səssiz-səmirsiz həyata keçmiş, nəticədə zirehli texnikanı, silahları Naxçıvanda qoyub getmək şərti ilə danışıqlar uğurla başa çatdırılmışdı. Diviziya komandiri Slabaşeviçdən Naxçıvandakı orduya aid olan silah-sursatları AXCP-nin könüllülərdən ibarət dəstəsinin komandiri Elman Abasov təhvil almışdı.
Bir maraqlı məsələni də qeyd edim. Analar missiyalarını başa çatdırandan sonra bir xahiş etmişdilər: hər biri ayrılıqda Heydər Əliyevlə şəkil çəkdirəcəkdi. Ulu Öndər onların bu arzusunu dərhal gerçəkləşdirmiş, şəkilləri çıxartdıraraq yola düşməmiş hamısına paylatdırmışdı. Sonda isə onları hörmət-izzətlə yola salmışdı. Bir sözlə, bütün xərclər Heydər Əliyev tərəfindən ödənilmişdi.
Naxçıvan ordusu qərargahının yerləşdiyi indiki ərazidə böyük bir mitinq keçirildi. Həmin mitinqdə Heydər Əliyev və Slabaşeviç vida çıxışları etdilər. Heydər Əliyev çıxış edən zaman AXCP, Müsavat üzvləri hay-küy salırdılar. Etiraf edim ki, o zaman hay-küy salanlara qarşı etiraz bildirəcək böyük qüvvə yox idi. Amma Heydər Əliyev özünün mətanəti, səbri ilə onun çıxışını əngəlləmək istəyənləri ram etdi və nitqinin ortasında artıq sakitlik çökdü. Çünki Heydər Əliyevin məramının nə olduğu bütün detalları ilə anlaşıldı və oraya yığışan minlərlə insan onu alqışlamağa başladı.
Həmin gün heç kimin ağlına gəlmirdi ki, keçmiş Sovet İttifaqında nə dərəcədə böyük bir hadisə baş verir: ilk dəfə olaraq sovet ordusu bir respublikadan çıxarılırdı. Bir gilizi belə sovet ordusu özü ilə apara bilmədi.
Bu hadisə avqustun 18-də, günorta saat bir-iki radələrində baş verdi...




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info