“Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr siyasi sahədə yaxşı inkişaf edib”
Tarix: 18.08.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr siyasi sahədə yaxşı inkişaf edib”.
 
Bunu Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının həyata keçirdiyi “Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən təlimdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi deyib.
  
O. Kerversi xatırladıb ki, bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin 25 illiyidir: “Bu müddət ərzində iki ölkə arasında yaxşı diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub. Biz Azərbaycanla əlaqələri gücləndiririk. Azərbaycan çox gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir. Biz çox şadıq ki, Azərbaycan hökuməti Niderland hökuməti, vətəndaş cəmiyyəti və jurnalistlərlə əməkdaşlığa hazırdır. Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info