Alimlərimiz Avstriyada və Gürcüstanda elmi tədqiqatlar aparırlar
Tarix: 18.08.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) əməkdaşları “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu və 21-ci əsr” layihəsi çərçivəsində Avstriyada və Gürcüstanda elmi tədqiqatlar aparırlar.
AEİ-dən AZƏRTAC-a bildiriblər ki, Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən bu layihə cari ilin yanvarından etibarən həyata keçirilir. Dörd il davam edəcək layihəyə 12 ölkədən elm adamları qatılırlar. Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Azərbaycan üzrə layihənin milli əlaqələndiricisi isə AEİ-nin əməkdaşı Zaur Həsənovdur.
Layihənin ilk mərhələsi bu il yanvarın 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində həyata keçirilib. Bu mərhələ ilə bağlı təşkil olunan ilk texniki və nəzəri seminarı Karl Kayzer və onun rəhbərlik etdiyi kafedranın əməkdaşı Dominik Gutmeyr aparıblar. Seminara Zaur Həsənov da qatılıb və bu təşəbbüsə AMEA-nın səkkiz əməkdaşını cəlb edib. Beləliklə, iyunun 12-dən etibarən Zaur Həsənov və AEİ-nin digər əməkdaşı Orxan Zamanov layihə çərçivəsində ilk elmi ezamiyyətlərini Qrats Universitetində keçirirlər.
Layihə çərçivəsində, həmçinin AEİ-nin mütəxəssisləri Səfər Aşurov, Fərhad Quliyev, Xaqani Alməmmədov, Pərviz Qasımov, Valeh Ələkbərov, eləcə də Tarix İnstitutunun əməkdaşları İradə Bağırova, Şamil Rəhmanzadə Gürcüstanın Batumi Dövlət Universitetində ezamiyyətdədirlər.
AMEA-nın əməkdaşları ezam olunduqları ölkələrdə həmkarları ilə elmi mübadilə xarakterli görüşlərə qatılır, həmçinin arxeoloji abidələrlə tanış olur, kitabxanalarda, elmi mərkəzlərdə və arxivlərdə tədqiqatlarını davam etdirirlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info