ABŞ-da yaşayan erməni əhalini zəhərləməyə cəhd edib
Tarix: 02.05.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Kaliforniyada yaşayan erməni R.Bexbexenyan “Starbucks” dükanının alıcılarını qəsdən zəhərləməyə cəhd edib. Bu haqda “Nyus.am” məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Bexbexenyan içinə ölümcül dərəcədə olan spirt əlavə etdiyi apelsin sokunu vitrinə qoyub. “USA Today” bildirir ki, polis hadisədən bir gün sonra 50 yaşlı Bexbexenyanı həbs edib. Həmin vaxt dükanda olmuş qadınların San-Xose şəhərinin polisinə etdiyi şikayətdən sonra Bexbexenyan həbs edilib və ona başqasının həyatına qəsd etmək maddəsi ilə ittiham irəli sürülüb. Qadınlar polisə verdikləri ifadədə bildirib ki, onlar dükanda olarkən bir şəxsin piştaxtadan iki şüşə soku götürdüyü və onların yerinə çantasından başqa şüşələri qoyduğunu görüblər. Qadınlar dükanın menecerinə bu haqda məlumat verdikdə erməni qaçmağa başlayıb. Menecer onun arxasınca qaçaraq erməninin minib qaçdığı maşının nömrəsini götürüb. Dükanda qalan şüşələrdən toksik maddə iyi gəldiyindən San-Xose şəhərinin polis idarəsinin mütəxəssisləri təcili şəkildə həmin dükana toplaşıblar. Partlayış təhlükəsini nəzərə alaraq hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yoxlama nəticəsində müəyyən edilib ki, şüşələrin içinə insan həyatı üçün təhlükəli olan maddələrin qarışdırıldığı spirt tökülüb. Polis Bexbexenyanı yaşadığı evin qarşısında həbs edib və ona qarşı ölümə cəhd üzrə cinayət işi açılıb. Dükan sahibi hadisəni görərək onlara və polisə xəbər verən müştərilərinə təşəkkür edib. Hər ehtimala qarşı, dükanda eyni rəfdə olan bütün soklar məhv edilib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
03.12.2020
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
03.12.2020
Türk Şurası Azərbaycana başsağlığı verib
03.12.2020
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03.12.2020
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info