Bu il 174 min yeni iş yerləri açılıb
Tarix: 18.08.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


2014-cü il yanvarın 1-dən bu il iyulun 1-nə qədər olan dövr ərzində Azərbaycanda ümumilikdə 613,7 min olmaqla 470,4 min daimi iş yerləri yaradılıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, birinci yarımil ərzində ölkədə 174 min yeni, o cümlədən 119,3 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 65,1 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni iş yerlərinin 22 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 77,2 faizi regionların, o cümlədən 34,5 faizi Aran, 10,8 faizi Lənkəran, 9,8 faizi Gəncə-Qazax, 5,9 faizi Yuxarı Qarabağ, 5,1 faizi Abşeron, 4 faizi Şəki-Zaqatala, 3,6 faizi Dağlıq Şirvan, 3,2 faizi Quba-Xaçmaz, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,4 faizi mövcud müəssisə və təşkilatlarda, 1,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,0 faizi tikinti, 21,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,9 faizi emal sənayesi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi peşə, elmi və texniki fəaliyyət, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 25,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 25 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 64,7 faizi fərdi sahibkarlıq subyektlərinin, 15,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info