“Gənclər dövlətçiliyimizin əleyhinə yönəlmiş hərəkətlərin qarşısını almağa hazırdırlar”
Tarix: 02.05.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Gənclər Fondu gənclərin potensialını daha böyük layihələrin həyata keçirilməsinə yönəldib”

Müsahibimiz “Sağlam mühit” gənclərin inkişafına kömək İctimai Birliyinin rəhbəri Əli Mirzəyevdir.

- İlk öncə rəhbəri olduğunuz təşkilat haqda məlumat verərdiniz.
- “Sağlam mühit” gənclərin inkişafına kömək İctimai Birliyi 2008-ci il avqustun 11-də təsis olunub, oktyabrın 30-da dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi gənclərin sağlam mühitdə hərtərəfli inkişafına yardım etmək, onların ictimai və siyasi proseslərdə, problemlərin həllində fəal iştirakını təmin etməkdən ibarətdir. Təşkilatın 21 üzvü, xeyli sayda könüllüləri var. Təşkilatımız Şirvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Heydər Əliyev Mərkəzi və başqa təşkilatlarla əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi dövrdə gənclərlə bağlı 5 layihəni uğurla icra edib, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Regionda gənc sahibkarların biznes bacarıqlarının artırılması istiqamətində maarifləndirmə tədbirlərinin təşkil edilməsi” və Gənclər Fondunun maliyyələşdirdiyi “Sağlam həyat tərzi-sağlam gələcək” adlı layihələri icra edir.
- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasəti haqqında son fərman və sərəncamları gənclərin dövlət və hökumətin daim diqqət mərkəzində olmasına zəmin yaradır, onların ictimai həyata inteqrasiyasını təmin edir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Azərbaycan gəncliyi öz aktivliyi ilə həmişə seçilib. Onlar öz təşəbbüsləri ilə müxtəlif layihələri uğurla icra ediblər. 2011-ci ildə AR Prezidentinin fərmanı ilə yaradılmış Gənclər Fondu gənclərin potensialını daha böyük layihələrin həyata keçirilməsinə yönəldib. Hazırda gənclər öz ideyalarını daha müvəffəqiyyətlə reallaşdırmaq üçün maliyyə yardımı əldə edə bilirlər.
- Region gəncləri hansı ictimai-siyasi fəallıq göstərirlər?
- Regionlarda da gənclərin fəallığı xeyli artıb. İndi gənclər dövlətin bütün ictimai və siyasi kompaniyalarında yaxından və həvəslə iştirak edirlər. Seçkilərdə, referendumlarda, ictimai rəy sorğularında fəal iştirak edərək problemlərin üzə çıxarılmasında, onların həlli prosesində böyük ruh yüksəkliyi ilə iştirak edirlər.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- İndi gənclər ictimai -siyasi fəal olmaları ilə yanaşı, həm də ayıq-sayıqdırlar. Onlar dövlətimizin və dövlətçiliyimizin əleyhinə yönəlmiş hər hansı hərəkətin qarşısını almağa hazırdırlar. Lakin bəzən iradəcə zəif olan gənclərin müxtəlif qrupların təsiri altına düşməsi hallarına rast gəlmək olur və belə halların aradan qaldırılması üçün gənclər öz qüvvələrini səfərbər edirlər. Müxtəlif antimilli qruplaşmaların təsiri altına düşmüş gənclər araşdırılaraq ifşa edilir, ictimai qınaq obyektinə çevrilirlər. Təşkilat olaraq bu cür gənclərə üz tutaraq deyərdik ki, onların tutduğu yol yanlış yoldur, dövlətimizin, millətimizin mənafeyinə zidd yoldur və bu yoldan qayıtmaq lazımdır.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Bu gün gənclər dövlət qayğısı ilə tam əhatə olunub. Onların problemlərinin həlli istiqamətində ciddi işlər görülür. Gənclər dövlət idarələrində məsul vəzifələrə təyin olunur, onlara məsuliyyətli işlər tapşırılır. Qabiliyyətli və bacarıqlı gənclərin xaricdə dövlət vəsaiti hesabına təhsil almaları və sonradan dövlət orqanlarına məsul işlərə təyin edilməsinə şərait yaradılır.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Gənclər dövlətin onlar üçün yaratdığı şəraiti yüksək qiymətləndirir və öz əməli işlərində bu qayğının cavabını verməyə çalışırlar.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Gənclər böyük qüvvədir. Bu qüvvənin başqa istiqamətə yönəlməsinə qəti yol vermək olmaz. Bunun üçün gənclər arasında maarifləndirmə işini daim diqqət mərkəzində saxlamaq lazımdır. Mənə elə gəlir ki, gənclərin işlə təmin olunması ilə bağlı xüsusi dövlət proqramının qəbul edilməsinə ehtiyac var.
- Sizin rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə hansı işlər görür?
- “Sağlam mühit” gənclərin inkişafına kömək İctimai Birliyi həyata keçirdiyi layihələrdə gənclərin ictimai-siyasi fəallığının artırılmasına ciddi diqqət yetirir, regionda xüsusilə gənc qızların ictimai işlərə cəlb olunmasına, onların ictimai həyata inteqrasiyasını təmin etməyə çalışır.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info