Almaniyada benzin və dizellə qadağan oluna bilər
Tarix: 18.08.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Almaniyada benzin və dizellə işləyən avtomobillərin istifadəsi qadağan oluna bilər.
AZƏRTAC xəbər verir ki, Almaniya kansleri Angela Merkel gələcəkdə benzin və dizellə işləyən avtomobillərin qadağan olunacağı mesajını verib. O, elektriklə işləyən avtomobillərə keçidin qüsursuz olmasının vacibliyi vurğulayıb.
Ötən dövrdə Fransa və İngiltərə elektriklə işləyən nəqliyyat vasitələrinə keçidi sürətləndirmək üçün 2040-cı ildən əvvəl benzin və dizelli avtomobillərin qadağan etməyi planlaşdırdıqlarını bildirmişdi. Ölkəsi üzərində artan təzyiqlər nəticəsində A.Merkel də benzin və dizel nəqliyyat vasitələrini qadağan etməyi düşündüyünü deyib. O, bu qadağanın nə vaxt olacağını deməyib, İngiltərə və Fransanın etdiyinin düzgün yanaşma olduğunu bildirib.
A.Merkel indiyə qədər bu mövzuda ən açıq fikrini söyləsə də, 800 mindən çox insanın məşğulluğunu təmin edən və siyasi nüfuza malik olan alman avtomobil sənayesinə bu yükü qoymaq məsələsində tərəddüdlü olduğu görünür.
Son dövrdə alman avtomobil sənayesini olduqca çətinə vəziyyətə salan dizel qalmaqalı ilə bağlı danışan A.Merkel deyib: “Avtomobil sənayesi buraxılan səhvlərin düzəldilməsini təmin etməlidir.
Kansler benzin və dizellə işləyən nəqliyyat vasitələrinin qadağasının müştərilər baxımından da əlverişli olduğunu deyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info