“Radikalların ambisiyaları savadlarından daha çoxdur”
Tarix: 02.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsində prezident seçkiləri ərəfəsində birləşmək və vahid namizədlə seçkilərdə iştirak etməklə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusən də radikal müxalifət partiyaları nümayəndələri belə bir niyyətdə olduqlarını bildiriblər. Lakin partiyalararası kəskin ziddiyyət, şəxsi və partiya maraqları, qeyri-səmimi münasibət, “ana müxalifət” olmaq uğrunda gedən mübarizə son nəticədə haqqında danışılan istiqamətdə atılan bütün addımları, edilən cəhdləri uğursuz edir. Müxalif partiyalarının birləşə bilməmələrinin bu və digər səbəbləri ilə bağlı suallarımızı müsahibimiz Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırdı:
- Araz bəy, uzun illərdir siyasətdə olan və hazırkı müxalifət partiyalarının simalarını yaxından tanıyan bir siyasətçi kimi müxalifət düşərgəsində birliyin olmamasının səbəblərini nədə görürsünüz?
- Bunlar hamısı bir təşkilatda-AXCP-də idilər. Dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldilər, bir il ölkəni talan etdilər, Azərbaycanı vətəndaş müharibəsi qarşısında qoyub hakimiyyətdən getdilər. Lakin ağızlarında şirə qalıb və indi onların hər biri hakimiyyətə tək gəlmək, xalqı qarət etmək haqqında düşünürlər. Buna görə bunlar heç cür birləşə bilmirlər. Proqramlarına baxsanız əvvəl necə idisə, eyni qaldığını görərsiniz. Proqramlarının əsasını Türk milliyyətçi demokratiyası təşkil edir. Azərbaycan isə yadlarına yalnız xalqa yalan vədlər verəndə düşür. Bu cür insanlar heç vaxt birləşə bilməyəcəklər. Çünki ambisiyaları savadlarından daha çoxdur.
- Hazırda müxalifətdə müxtəlif formalarda birliyə nail olmaq üçün cəhdlər var. Buna münasibətiniz? Müxalifətdəki müəyyən birliklərə qoşulmaqla bağlı partiyanıza dəvət gəlibmi?
- Bunları, xüsusilə “milli şura” ideyasını boş hesab edirəm. Baxın görün, ABŞ-ın əli ilə olan “ərəb baharı”nı yaşayan ölkələrdə də bu cür “milli şura”lar, müxalifət partiyalarının birlikləri var idi. İndi həmin ölkələr çox pis vəziyyətdədir. Azərbaycanda isə bunu həyata keçirmək mümkün olmayacaq. Bizə belə birliklərə qoşulmaq üçün dəvət göndərsələr də, onlara qoşulmayacağımızı çox gözəl bilirlər. Partiyamızın 2012-ci ildəki qurultayında ASDP-nin heç bir birliyə, bloka qoşulmayacağı haqqında konkret qərar qəbul edilib.
- Azərbaycan Sosial Demokrat Partiyası prezident seçkilərində hansı proqram və təkliflərlə çıxış edəcək?
- ASDP-nin proqramı var, vətəndaşlar partiyamızın elektron ünvanına daxil olaraq proqramla tanış ola bilərlər. Həmin proqramla seçkilərdə iştirak edəcəyik. Partiyamızın keçən ilin iyunun 30-da keçirilən XII qurultayında ASDP-nin prezident seçkilərində vahid namizədlə iştirak etməsi haqqında qərar qəbul edildi. Namizədimizin qeyd olunmayacağı halda üzvlərimiz kimə səs verəcəkləri məsələsində azad şəkildə hərəkət edə biləcəklər.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info