Ermənistan ordusundakı qətllər və intiharlar cəmiyyətin narazılığını artırıb
Tarix: 18.08.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb. Eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub. İşğalçı ölkənin ordusundakı qətllərin və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sərksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdırlar, ya qətlə yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistan ordusundan yayındırsın. Əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. “Qarabağ bizim torpağımız deyil, uşaqlarınızı rejimin qurbanına çevirməyin”, – deyə valideynlər bildiriblər. Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info