Dünya Skaut Komitəsinə yeni sədr və müavinlər seçilib
Tarix: 18.08.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Qreq Turpi: “Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram”

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının sonuncu günündə Dünya Skaut Komitəsinin sədri və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Dünya Skaut Komitəsinin yeni seçilmiş 12 üzvünün gizli səsverməsi nəticəsində təşkilatın yeni sədri Böyük Britaniya nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsinə isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti seçiliblər. Tədbirdə dünyada skaut hərəkatında öz töhfəsini vermiş 11 nəfərə “Bürünc canavar mükafatı” mükafatı təqdim olunub. Daha sonra 8 skaut təşkilatının və assosiasiyasının rəhbərlərinə 2014-2017-ci illərdə milli skaut hərəkatının 100 illik yubileyini qeyd etmiş ölkələrin nümayəndələrinə diplomlar verilib. Qeyd edək ki, “Bürünc canavar mükafatı” Britaniyalı lord Baden Pauell tərəfindən təsis olunub. Mükafatın məhz bürünc canavar olması rəmzi xarakter daşıyır. Lord Baden Pauellin fikrincə, əgər canavar qızıl olsa insanlar maddi tərəfi düşünəcək, burada isə əsas gördüyün işlərin mənəvi tərəfidir. Səsvermə nəticəsində 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumunun Misirdə keçirilməsi haqqında da qərar qəbul edilib. Digər namizəd ölkə isə Malayziya idi. Qeyd edək ki, Dünya Skaut Hərəkatı Təşkilatı öz sıralarında 40 milyondan çox iştirakçını birləşdirir və azı 224 ölkədə və regionda, o cümlədən Azərbaycanda milli skaut qrupları şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Təşkilata görə, skautinq 2023-cü ilə qədər lider maarifçi gənclər hərəkatına çevrilməli, fəal vətəndaş olmaq, öz cəmiyyətində və bütün dünyada baş verən müsbət dəyişikliklərdə iştirak etmək arzusunda olan 100 milyon gənci sıralarına cəlb etməlidir.

“Bu konfrans Dünya Skaut Hərəkatının inkişafına böyük töhfə verəcək”
Yeni sədr seçilmiş britaniyalı Qreq Turpi təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib ki, Bakıda keçirilən Dünya Skaut Konfransı skautinq tarixində ən genişmiqyaslı tədbirdir: “Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram. Çox həyəcanlıyam. Gələcək üç il ərzində təşkilatın və skautların məsuliyyətini daşıyacağam, bunu fərəh hissi ilə deyirəm”. Qreq Turpi Bakı konfransının işindən çox razı qaldığını, burada səmərəli müzakirələr aparıldığını, vacib qərarlar qəbul edildiyini söyləyib: “Bu, çox maraqlı səyahət oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş skautlar yeni dostlar qazandılar, qiymətli təcrübə əldə etdilər. Burada çox önəmli qərarlar qəbul olundu. İnanıram ki, bu konfrans Dünya Skaut Hərəkatının inkişafına böyük töhfə verəcək. Azərbaycan Skaut Assosiasiyasının işini isə xüsusi vurğulamaq istəyirəm”. Qreq Turpi deyib ki, axşam saatlarında Bakı bulvarında bir neçə dəfə yürüş edib, paytaxtın gecə görüntüsü onda xüsusi olaraq təəssürat yaradıb: “Bakı çox səliqəli, abad və gözəl şəhərdir. Buranı çox bəyəndim. Azərbaycanda skautinqin inkişaf edib sıralarını daha da genişləndirəcəyinə inanıram”.

“Azərbaycan hökuməti bu konfransı yüksək səviyyədə təşkil etdi”
Qana Skautlar Assosiasiyasının prezidentinin keçmiş müavini, Dünya Skaut Komitəsinin yeni sədr müavini Cemima Narti isə bildirib ki, Azərbaycan hökuməti bu konfransı yüksək səviyyədə təşkil edib: “Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında Dünya Skaut Komitəsinə sədr müavini seçildim, çox həyəcanlıyam. Bakı konfransı skautinq tarixində ən genişmiqyaslı tədbirdir. Azərbaycan hökuməti bu konfransı yüksək səviyyədə təşkil etdi, işin öhdəsindən layiqincə gəldi. Bu münasibətlə Azərbaycan hökumətini təbrik edirəm”. Dünya Skaut Komitəsinin yeni sədr müavini azərbaycanlı skautların fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, Bakı konfransında skautlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info