Zaqatalanın fındıq bağlarından 9 min tonadək məhsul gözlənilir
Tarix: 21.08.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunun fındıq bağlarında tezyetişən fındıq sortlarının yığımına başlanılıb. Mütəxəssislərin rəyinə görə, bu il bağlardan 9 min tona yaxın fındıq məhsulu gözlənilir.
Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Fındıqçılıq rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2017-ci ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata alınan 4 min 284 hektar bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.
2016-cı ildə rayonun emal müəssisələri tərəfindən 91,1 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ilin birinci yarısında isə fındıq ixracının həcmi 30,8 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz çoxdur.
Xatırladaq ki, keçən il rayonda 8 min 910 ton fındıq istehsal olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info