Danimarkada əcnəbi əməkçilərlə bağlı rekord göstərici
Tarix: 21.08.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Danimarkada rekord sayda əcnəbi əməkçilər olması qeydə alınıb.
Danimarka Sənaye Konfederasiyasının son məlumatlarına görə, hazırda Krallıqda daimi əsaslarla işləyən əcnəbilərin sayı 201.461 nəfərdir. Danimarka KİV-ləri qeyd edirlər ki, bu rəqəm əhalisinin sayı 5,7 milyon olan bu ölkə üçün belə hesablamalar aparıldığı bütün müddət ərzində mütləq rekord göstəricidir.
Məlumata görə, Danimarkaya gələn əməkçi miqrantların çoxu (26.055 nəfər) Polşadandır. Belə miqrantların sayına görə sonrakı yerləri Almaniya (16.335), Rumıniya (14.177), İsveç (13.600), Böyük Britaniya (8.442), Litva (8.193), Türkiyə (7.829) və Norveç (6.375), ilk onluqda sonuncu yerləri isə Ukrayna (4.697) və İtaliya (4.595) tutur.
Danimarka Sənaye Konfederasiyası rəhbərinin müavini Stiin Nilsen əcnəbi işçi qüvvəsinin müsbət effekti barədə söhbət açaraq qeyd edib ki, son illərdə məhz əcnəbilərin sayəsində Danimarka məşğulluq göstəricilərinin inamlı artımını nümayiş etdirir.
Stiin Nilsen hazırda geniş yayılmış belə bir tezisi təkzib edib ki, guya əcnəbilərin Danimarkaya axını bu ölkədə əməkhaqqı səviyyəsinin azalmasına gətirib çıxarır. O deyib: “Bizim cəmiyyətin üzvləri tərəfindən muzdlu işə cəlb edilmiş əcnəbilər Danimarka qanunvericiliyinə və şirkətdə mövcud şəraitə uyğun olaraq kontrakt bağlayıblar”.
Danimarka Sənaye Konfederasiyası rəhbərinin müavini daha sonra əlavə edib ki, iqtisadiyyatın bəzi sektorlarında şirkətlər kvotaları artırmağa çağırıblar. Bununla əlaqədar, ixtisaslı əcnəbi işçilərin Danimarkada işləmək üçün icazə alınması prosedurlarını sadələşdirmək zəruridir
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info