Söz azadlığı ilə insan hüquqları arasında balans təmin edilməlidir
Tarix: 02.05.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan seminar çərçivəsində ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay söz, mətbuat azadlığının əhəmiyyətindən danışıb.

“Telekanallar küçə danışıq dilindən
birdəfəlik xilas olmalıdır”


Tədbirdə cıxış edəm Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, televiziya və radiolarda ədəbi dilin qorunması məqsədilə Prezidentin imzaladığı sərəncamın icrası ilə bağlı tədbirlərə start verilib. N.Məhərrəmli qeyd edib ki, bu məqsədlə teleradiolarda bədii şuralar yaradılacaq: "Təbii ki, bədii şuralar yaradılarkən bunun ən optimal variantını seçməliyik. Bu şuraların yalnız dillə, yoxsa ümumiyyətlə, milli-mənəvi dəyərlərlə bağlı olacağı müəyyən olunacaq. Çünki uzun müddətdən bəri milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı məsələlər də ortaya çıxıb və müzakirələr aparılır". Şura sədrinin sözlərinə görə, televiziya kanallarında bu istiqamətdə ciddi nöqsanlar mövcuddur: "Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq. Fikir çatdırmaq baxımından Azərbaycan dili çox zəngin dildir. Təəssüf ki, bəziləri yeri gəldi-gəlmədi, digər dillərdə danışmaqla yanaşı, o dillərin imkanlarının geniş olduğunu bildirirlər. Bu onların Azərbaycan dilini yaxşı bilməmələrindən irəli gəlir". N.Məhərrəmli, həmçinin bildirib ki, şuranı ən çox narahat edən ikinci məsələ isə efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır: "Təbii ki, milli-mənəvi dəyərlərə söykənmək bütün verilişlərin əsas xətti olmalıdır. Ancaq çox təəssüf ki, bəzən özəl telekanallarda reytinq dalınca qaçmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir”. MTRŞ sədri qeyd edib ki, ciddi problemlərdən biri də efir mədəniyyətidir: "Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür və onlar bu məsələdə ciddi düşünməli və televiziyaya hər adamı gətirib çıxarmamalıdırlar".

Mənzillər jurnalistlərə iyulun 22-də paylanacaq

Azərbaycanda mətbuatın inkişafından danışan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, qeyd edib ki, bu siyasətin nəticəsidir ki, ölkəmizdə söz və mətbuat azaldığı tam təmin olunub. Mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin problemlərinin həlli istiqamətində dövlət tərəfindən atılan addımlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. V.Səfərli onu da qeyd edib ki, dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb. V.Səfərli qeyd edib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə çıxışında bildirib ki, Azərbaycanda söz azadlığı ilə insan hüquqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. V.Əliyev qeyd edib ki, demokratik cəmiyyətdə söz azadlığının əhatəsi genişdir və demokratik cəmiyyətin vəzifəsi ondan ibarət olmalıdır ki, insan hüquqları ilə söz azadlığı arasında sərhədi tapsın və müəyyənləşdirsin ki, söz azadlığı insanların hüquqlarını pozmasın, eyni zamanda söz azadlığı prinsipləri pozulmasın: "Azərbaycanda bu balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan hökuməti dünyəvi dəyərlərə əsaslanan qanunvericilik aktlarının xüsusiyyətlərini, Azərbaycan xalqının, Azərbaycanın yerləşdiyi regionun xüsusiyyətlərini nəzərə alır". O, qeyd edib ki, Azərbaycan dövlətinin söz azadlığının təmin olunması istiqamətində praktiki addımları 1995-ci ildən, yəni Azərbaycan Konstitusiyası qəbul olunduğu vaxtdan atılmaqdadır. O, həmçinin vurğulayıb ki, 2008-ci ildə KİV-lərə dövlət dəstəyi konsepsiyasının da əsas məqsədi ondan ibarət idi ki, KİV-lər sahəsində, söz azadlığı sahəsində olan problemlərə dövlət konseptual şəkildə yanaşsın və bunları həll etsin. Sektor müdiri informasiya cəmiyyətinin əsas prinsipləri haqqında da danışıb: "Bu gün biz qloballaşma dövründə yaşayırıq, informasiya cəmiyyəti qururuq və informasiya cəmiyyətinin əsas prinsiplərindən biri odur ki, müxtəlif KİV-lər vasitəsilə əldə etdiyimiz informasiya fərddən, ailədən tutmuş cəmiyyətə kimi böyük bir kütləni idarə edir. İnformasiya ictimai fikri formalaşdırır, yəni informasiyanın cəmiyyətə təsiri qlobal baxımdan mühüm rol oynayır". O, vurğulayıb ki, informasiya cəmiyyətinin əsas parametrlərindən biri də yeni və köhnə media arasında transformasiya prosesini həyata keçirməkdir. V. Əliyev qeyd edib ki, müasir texnologiyaların inkişafından istifadə edərək media özünə yeni forma, yeni məzmun və yeni istiqamətlər müəyyənləşdirərək öz fəaliyyətini bu istiqamətdə qurmalıdır: "Bütün bunlar hamısı cəmiyyət üçün informasiya təhlükəsizliyinin vacib məsələlərindən biridir. Bu gün informasiya təhlükəsizliyinin təmin edilməsi təkcə dövlətin vəzifəsi deyil, eyni zamanda vətəndaş cəmiyyətinin, QHT-lərin, jurnalistlərin, KİV-lərin burada xüsusi rolu var. Çünki jurnalist eyni zamanda vətəndaşdır və bir vətəndaş kimi də onun dövlətçilik hissi, milli şüuru, vətəndaş təəssübkeşliyi olmalıdır".

RASIM




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info