Hərbi Prokurorluğun yeni inzibati binası istifadəyə verilib
Tarix: 03.05.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Hərbi Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində baş prokuror Zakir Qaralov, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak ediblər. Mərasimdə çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən danışaraq, ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinə, eləcə də hərbi prokurorluğa daim diqqət və qayğı göstərildiyini qeyd edib, bu günün Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları üçün əlamətdar günlərdən biri olduğunu vurğulayıb. Xanlar Vəliyev bildirib ki, doqquzmərtəbəli inzibati binanın ümumi sahəsi 3303 kvadratmetr olmaqla, ən müasir standartlara uyğun tikilib, bütün zəruri avadanlıq, kompyuter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz olunub, mebel və inventarlarla təmin edilib. Binada 62 xidməti otaq, növbətçi hissə, vətəndaşların qəbulu otağı, kitabxana, iclas və kollegiya zalları, kriminalistik laboratoriya, yeməkxana, idman zalı, digər xidməti otaqlar var.
Baş prokuror Zakir Qaralov prokurorluq əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. O, qeyd edib ki, Respublika Hərbi Prokurorluğu üçün yeni inzibati binanın tikilməsi və müasir texniki avadanlıqla təmin edilməklə istifadəyə verilməsi prokurorluq orqanlarına göstərilən dövlət qayğısının bariz nümunəsidir. O, hərbi prokurorluq əməkdaşlarının bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab vermələrinin, qanunvericiliklə üzərilərinə qoyulmuş məsul vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info