Hələb “İŞİD” terrorçularından tam azad edilib
Tarix: 22.08.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Suriyanın Hələb vilayəti “İŞİD” terrorçularından tamamilə azad edilib”. Bbunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudskoy deyib. O bildirib ki, son bir neçə ay ərzində Suriya ərazisində köklü dəyişikliklər baş verib: “Rusiya Hava Kosmik Qüvvələrinin köməyi ilə Suriya hökumət qüvvələri ciddi uğurlar əldə edib və ölkənin mərkəzi hissəsində “İŞİD”-in iri qruplaşması ciddi məğlubiyyətə uğradılıb. Hələb vilayəti tamamilə terrorçulardan təmizlənib”. S. Rudskoy ümumilikdə 50 yaşayış məntəqəsi və 2,7 min kvadrat kilometrdən çox Suriya ərazisinin “İŞİD”-dən azad edildiyini vurğulayıb. O qeyd edib ki, avqust ayında Rusiya Hava Kosmik Qüvvələri münaqişə zonasında 990 döyüş uçuşu gerçəkləşdirib: “Terrorçuların düşərgə və hərbi bazalarına 2518 hava zərbəsi endirilib. Terror təşkilatının 40 ədəd zirehli hərbi texnikası, böyük kalibrli pulemyota malik 106 avtomobili və 800-ə yaxın döyüşçüsü məhv edilib”. İraq ordusu isə Telafer şəhərini “İŞİD”-dən azad etmək üçün əməliyyat keçirib. Nəticədə şəhərin üç kəndi terrorçulardan azad olunub. Əməliyyat zamanı “İŞİD”-in 22 üzvü məhv edilib. Əməliyyatda İraq ordusu və federal polis qüvvələri iştirak edib. Xatırladaq ki, Mosul şəhərinin mərkəzindən 63 kilometr qərbdə yerləşən, türkmənlərin yaşadığı Telafer şəhəri 2014-cü ilin iyununda “İŞİD” terrorçuları tərəfindən ələ keçirilib.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib
20.05.2019
Parisdə yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir
20.05.2019
Çində gecə klubunun çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info