Putin ABŞ-a yeni səfir təyin edib
Tarix: 22.08.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. A. Antonov Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi nümayəndəsi vəzifəsini də icra edəcək. Putinin digər sərəncamları ilə Anatoli Antonov xarici işlər nazirinin müavini, Sergey Kislyak isə Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunublar. Onu da qeyd edək ki, ABŞ avqustun 23-dən etibarən bütün Rusiya ərazisi üzrə qeyri-immiqrasiya vizasının verilməsini dayandıracaq. Bu barədə ABŞ-ın Moskvadakı səfirliyindən bildirilib. “Rusiya Federasiyası tərəfindən ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması tədbirləri ilə əlaqədar 2017-ci il avqustun 23-dən başlayaraq bütün Rusiya üzrə qeyri-immiqrasiya vizalarının verilməsi dayandırılacaq”, - deyə səfirliyin saytında yerləşdirilmiş açıqlamada qeyd olunur. Prosedur sentyabrın əvvəlində yalnız Moskvadakı səfirlikdə bərpa olunacaq, konsulluqlarda isə qeyri-müəyyən müddətə dayandırılıb. Məhdudiyyətlər ABŞ diplomatlarının əvvəlki sayının bərpasına qədər davam edəcək. Səfirlikdən deyiblər ki, viza üçün əvvəl təyin olunmuş müsahibələr ləğv olunur, artıq viza üçün sənədlərini təqdim etmiş şəxslər isə müsahibəni yenidən necə təyin etmək barədə məlumatlandırılacaq. Bundan başqa, Moskvadakı səfirlik və Sankt-Peterburqdakı Konsulluq Belarus vətəndaşlarının viza müraciətlərini də qəbul etməyəcək. Səfirlik viza üçün müraciət etmiş rusiyalıların konsulluq ödənişini də geri qaytarmayacaq. Bildirilir ki, bu ödəniş 1 il ərazində qüvvədədir. Rusiya Federasiya Şurası bu tədbirləri demarş adlandırıb. Federasiya Şurasının Dövlət suverenliyinin müdafiəsi üzrə komissiyanın rəhbəri Andrey Klimov Rusiyanın bu məhdudiyyətlərə adekvat cavab verəcəyini söyləyib. Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb - 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info