Media sahəsində dövlət siyasətinin təbliği ilə bağlı yeni platforma
Tarix: 22.08.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Bir qrup Azərbaycan jurnalisti tərəfindən sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradılıb. Mətbuat Şurasından (MŞ) verilən məlumata görə, “Facebook”da, “İnstagram”da, “Twitter”də yaradılan səhifədə Prezident İlham Əliyevin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün görülən işlər, dövlət başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir. Səhifələrin əsas məqsədi Azərbaycan Prezidentinin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir. Səhifədə dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. “Təşəbbüskarlar öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Azərbaycan Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib”, - deyə məlumatda bildirilib. Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə aktiv şəkildə öz fikirlərini bildirməyə, Prezidentin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info