“İranda görüşlər səmimilik və qarşılıqlı anlaşma şəraitində keçib”
Tarix: 03.05.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Hər iki ölkənin rəhbər qurumları ikitərəfli qonşuluq,
dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da
davam və inkişaf etdirmək üçün səy göstərməyin
məqsədəuyğun olduğunu bir daha təsdiqlədilər”


Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Newtimes.az” portalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Novruz müəllim, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə nümayəndə heyətinin İrana səfərinin məqsədi və əhəmiyyəti haqqında fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.

- İran qonşu dövlətdir, ölkələrimizi və xalqlarımızı birləşdirən mühüm tarixi, coğrafi, dini, mədəni və digər amillər var. Geniş və səmərəli əməkdaşlıq edirik. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf etmiş, hərtərəfli əməkdaşlıq üçün möhkəm təməl yaranıb. Bu cür siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır. Heç şübhəsiz, Azərbaycan və İran arasında səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xalqlarımızın ali mənafeyinə xidmət edir. İki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişafı bütövlükdə region üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün dünyada vəziyyət gərgindir, bəzi məsələlər narahatlıq doğurur. İran İslam Respublikası isə beynəlxalq aləmdə bəzi problemlərlə üzləşməklə bərabər, eyni zamanda, prezident seçkiləri kimi mühüm bir hadisə ərəfəsindədir. Seçki ərəfəsində bütün ölkələrdə proseslər intensivləşir. İranda da proseslərin sürətlənməsi təbiidir.
Digər tərəfdən, son zamanlar bir sıra müşahidələr bunu deməyə əsas verir ki, sıx əməkdaşlıq edən bu iki qonşu və dost ölkə və xalq arasında müəyyən narazılıq toxumları səpmək istəyən dairələr həm ölkələrin daxilində, həm də xaricində var. Öz məqsədlərinə çatmaq üçün onlar zaman-zaman müvafiq addımlar atırlar.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri belə bir şəraitdə və zamanda baş tutdu.
- Novruz müəllim, İranın bəzi media orqanlarında bu səfərlə bağlı qərəzli yazılar dərc edilir. Buna münasibətiniz necədir?
- Təəssüf ki, İran mətbuatında müzakirə predmeti olmayan bəzi mövzularla bağlı məlumatlar verilir. Belə addımların nə səbəbdən atıldığı sual doğurur. Məsələ bundadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran mətbuatına heç bir müsahibə verməyib. Buna görə də belə məlumatların İran mətbuatına ötürülməsi sual yaradır. Axı görüşlərdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub.
Səfərin əsas məqsədi ölkələrimiz arasında qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarət idi. Mən də nümayəndə heyətinin tərkibində idim. Bütün görüşlərdə iştirak etmişəm. Gəldiyim qənaət bundan ibarətdir ki, bu görüşlər səmimilik və qarşılıqlı anlaşma şəraitində keçdi. Görüşlər və aparılan danışıqlardan yalnız bir nəticə çıxarmaq olar. Yəni, hər iki ölkənin rəhbər qurumları ikitərəfli qonşuluq, dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da davam və inkişaf etdirmək üçün səy göstərməyin məqsədəuyğun olduğunu bir daha təsdiqlədilər.
Bu cür mövqe isə artıq bu münasibətlərə ziyan vuran, mane olan əsassız məlumatların yayılmasına, addımların atılmasına son qoymaq qərarını nümayiş etdirməlidir. Düşünürəm ki, bu səfərin qarşısına qoyduğu məqsəd-məram, ondan çıxarılan nəticə bundan ibarət olmalıdır. Qeyd etdiyim mövqenin alternativinin olmadığını sübut etməyə ehtiyac yoxdur.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info