Qlobal Gənc Liderlər Forumunda qadın və kişi liderliyi mövzusu müzakirə edilib
Tarix: 22.08.2017 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 22-də işini seminarla davam etdirib.
“Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Livanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.
Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.
Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək.
Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: “Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”, - deyə o vurğulayıb.
Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info