Pakistanla əlaqələr genişləndiriləcək
Tarix: 03.05.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudun etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın zəruriliyini bildirib. Dövlət başçısı Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını və əməkdaşlığımızın inkişafı ilə bağlı onunla apardığı müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmini qeyd edən Prezident güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
Fövqəladə və səlahiyyətli səfir İkramullah Məhsud ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri - VİDEO
25.11.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev xalqa müraciət edib-YENİLƏNİB
25.11.2020
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info