İşə qəbul olmaq istəyən müəllimlərin müsahibəsi başlayıb
Tarix: 22.08.2017 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir. Avqustun 21-dən başlayan müsahibə avqustun 26-dək davam edəcək. Bu mərhələnin nəticələri növbəti həftənin əvvəlində açıqlanacaq və hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müsahibə zamanı müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü, bilikləri yoxlanılır. Onun sözlərinə görə, vakant yer tutmaq hüququ qazanan 5225 nəfər bu mərhələyə dəvət olunub: “Bu mərhələdən sonra, sentyabrın əvvəlində əlavə yerləşdirmə mərhələsi keçiriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yerləri seçəcək və vakant yeri tutmaq hüququ qazananlar yenidən müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu il ilk dəfə olaraq 3 fənn - fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimləri üçün müsabiqədə mərhələlərin yeri dəyişdirilib. Onlar ilk olaraq müsahibə mərhələsinə dəvət olunub və oradan uğurla keçənlər vakant yeri seçmək hüququ əldə ediblər. Növbəti mərhələyə keçmək hüququ qazanan 500-600 nəfər üçün vakant yerlərin seçimi mərhələsi başa çatıb. Onların da nəticələri yaxın günlərdə açıqlanacaq və həmin şəxslər sentyabrın 15-də birbaşa təyinat yerlərinə işə gedəcəklər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info