ADNSU ilə Avrasiya İqtisadi Münasibətlər Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Tarix: 22.08.2017 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Avqustun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin (EkoAvrasya) rəhbəri Hikmet Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə millət vəkili Elman Nəsirov, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və dərnəyin idarə heyətinin üzvləri iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitetin tarixi və Azİİ-də təhsil almış tanınmış məzunlar haqqında məlumat verib.
Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr,ADNSU-nun nəzdindəfəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışan rektor, prof. Mustafa Babanlı həmçinin, qonaqları “eazi START” startap və innovasiya mərkəzinin yeni startap layihələri və gələcək planları haqqında məlumatlandırıb.
ADNSU-nun magistratura pilləsində təhsil alantələbələrin 92%-nin işlədiyini deyən rektor M.Babanlı bakalavrların da işlə təmin olunması üçün universitetdə gündəlik təcrübə proqramının həyata keçirildiyini qeyd edib.
ADNSU-nun gələcəkdə sənaye müəssisəsi kimi də fəaliyyət göstərməsi üçün müəyyən işlər aparıldığını bildirən rektor, professor Mustafa Babanlı yaxın gələcəkdə universitetdə bir neçə adda məhsul istehsal ediləcəyini söyləyib.
Səmimi qəbula görə rektora minnətdarlığını bildirən Hikmet Eren rəhbərlik etdiyi qurum haqqında məlumat verib. EkoAvrasyanın əsas məqsədinin sənaye və iqtisadiyyatın inkişafına dəstək vermək olduğunu deyən Hikmet Eren 40-dan çox ölkədə müxtəlif qurumlarla əməkdaşlıq edildiyini və ADNSU ilə də əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Millət vəkili Elman Nəsirov bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini və Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.
Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info