Ağ Ev yeni strategiyasını elan etdi: ABŞ dünyada demokratiya üçün ordudan istifadə etməyəcək
Tarix: 22.08.2017 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Tramp:
"Bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək”

“ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin sayını açıqlamayacaq”.
“NBC” telekanalının xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə ordusunu Əfqanıstan ərazisindən çıxarmaq niyyətində deyil: “Tariximizdə yaşanan ən dəhşətli terror hücumu Əfqanıstanda planlaşdırılıb və oradan idarə olunub. Hərbçilərin çıxarılması ilə yaranan vakuumu hökmən terrorçular dolduracaq”. Tramp, həmçinin bildirib ki, terrorçuluqla mübarizə naminə ABŞ Əfqanıstandakı hərbi kontingentinin səlahiyyətlərini genişləndirəcək. Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var. ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min hərbçinin göndərilməsinə dair qərar qəbul edib. Tramp Kemp-Deviddə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Tədbirdə əsas müzakirə mövzusu Cənubi Asiyada, o cümlədən Əfqanıstanda vəziyyət olub.


Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarı olan ABŞ yaxın gələcəkdə ordusunu Əfqanıstandan çıxarmaq niyyətində deyil


Bu ilin iyununda D.Tramp Pentaqon rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının müəyyənləşdirilməsinə dair səlahiyyətlər verib. Tramp çıxışında onu da qeyd edib ki, ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək. Onun sözlərinə görə, bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək: “Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, yalnız uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi məqsədlərə sadiq qalmağa çağırırıq. İstənilən qərar verilərkən bu prinsipial yanaşma əsas olaraq qalacaq”. ABŞ dövlət katibi Reks Tillerson isə bəyan edib ki, Ağ Ev administrasiyası Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır: “Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqları dəstəkləməyə hazırıq. Taliblər anlamalıdırlar ki, döyüş meydanında qələbə qazana bilməyəcəklər. “Taliban”ın sülhə və qanuni statusa yolu münaqişənin danışıqlar vasitəsilə nizamlanmasından keçir. İstəyirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə Əfqanıstanla qonşu dövlətlər bizim səylərimizi dəstəkləsin və sülhün əldə olunmasında iştirak etsin”. Taliblər isə Trampın Əfqanıstanla bağlı yeni qərarından razı deyil. “Röyter” agentliyi xəbər verir ki, taliblər sonuncu amerikalı əsgər Əfqanıstanı tərk edənə qədər vuruşacaqlarını bəyan ediblər: “Amerikalılar Əfqanıstanda müharibəni davam etdirmək əvəzinə, buranı tərk etmək haqqında fikirləşsəydilər daha yaxşı olardı”. NATO baş katibi isə Trampın Əfqanıstanla bağlı qərarını alqışlayıb. Baş katib Yens Stoltenberq Əfqanıstanla bağlı yeni strategiyanı dəstəklədiklərini açıqlayıb: “Biz Trampın Əfqanıstan və regionla bağlı yanaşmasını müdafiə edirik. Mən ABŞ-ın müdafiə naziri Mettislə görüşü və müttəfiqlərlə müzakirələri səbirsizilklə gözləyirəm. Alyansın məqsədi Əfqanıstanın bir daha terrorçular üçün təhlükəsizlik yer olmasına imkan verməməkdir”. Çin Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında qeyd edilir ki, Pekin ABŞ-ın yeni strategiyasının regiona müsbət təsir edəcəyinə ümid edir: “Çin ümid edir ki, ABŞ və Əfqanıstan regionda təhlükəsizliyin təmini üçün birgə səy göstərəcək”. Daha bir dəstək bəyanatı Britaniyadan gəlib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon ABŞ-ın Əfqanıstanda həyata keçirilən hərbi kampaniyaya sadiq qalmasından razı olduqlarını açıqlayıb: “ABŞ-ın müdafiə naziri Mettislə telefon danışığında biz razılaşdıq ki, müxtəlif çağırışlara baxmayaraq Əfqanıstanda həyata keçirilən kurs davam etməlidir. Bu Qərbə yönələn terror təhdidlərinin azalması və Əfqanıstandakı zəif demokratiyanın müdafiəsi baxımından vacibdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info