Qlobal Gənc Liderlər Forumunda qadın və kişi liderliyi mövzusu müzakirə edilib
Tarix: 22.08.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu işini seminarla davam etdirib. “Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.

“2024-cü ilədək lider qadınların sayı artacaq”
Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib. “Müstəqil olmağa üstünlük verən kişilərdən fərqli olaraq, qadınlar problemləri daha çox birlikdə həll etməyi xoşlayırlar. Qadınlar daha çox transformasiya liderliyini həyata keçirirlər. Onlar kreativ olmağa təşəbbüs göstərirlər. Təcrübəmə əsasən deməliyəm ki, dünyada lider qadınların sayının çoxalması vacib məsələdir. İnanıram ki, 2024-cü ilədək lider qadınların sayı artacaq. Dünyada qadınlara olan münasibət tarixboyu daim dəyişib. Bu, bizim həyat tərzimizə böyük təsir göstərib. Bu həm də ölkələrin milli mədəniyyətindən asılıdır.”, - deyə Ukraynanın sabiq birinci xanımı əlavə edib. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.
Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək. R.Plevneliev diplomatik fəaliyyəti dövründə lider qadınlarla əməkdaşlığından danışıb. Bildirib ki, Prezident seçildikdən sonra onun komandasında daha çox qadınlar vəzifədə olublar: “İnanıram ki, qadınlar kişilərdən daha çox məsuliyyətli olurlar”. Sabiq Prezident qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Düzdür, kişilər daha dəqiqdirlər və işə başlayanda daha həvəslə çalışırlar, amma təəssüf ki, bir qədər sonra bu həvəs onlarda azalmağa başlayır. Qadınlarda isə işə olan münasibət daim fərqli olub, onlar daha məsuliyyətlidirlər”.

“Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib. F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: “Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”, - deyə o vurğulayıb. Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info