Nikalina “Bursaspor”a icarəyə verilib
Tarix: 22.08.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova icarəyə verilib. İyunda “Bursa Böyükşəhər Bələdiyyəspor” klubu ilə müqaviləsini yeniləyən 19 yaşlı hücumçu karyerasını “Bursaspor”da davam etdirəcək. I liqa təmsilçisi 179 sm boya malik Başnakova ilə 1 illik razılıq əldə edib. Hücumçunun icarə bitdikdən sonra "Çelenc Cup"ı qazandığı Superliqa klubuna qayıdacağı bildirilir. “Bursaspor” təmsilçimizlə yanaşı, Azərbaycan voleybolu üçün tanış simalarla da anlaşıb. Belə ki, komandaya yeni mövsümdə “Azərreyl” və “Bakı”nın sabiq baş məşqçisi Ancelo Vercesi rəhbərlik edəcək. Həmçinin onun həyat yoldaşı, Bakının “Lokomotiv” klubunda oynamış və Super Liqada mükafat əldə etmiş belaruslu blokçu Vera Klimoviç də 2017/2018 mövsümündə “Bursaspor”un uğurları üçün çalışacaq. Qeyd edək ki, əslən Belarusdan olan Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”un əvəzedici komandasına 2015-ci ildə “Azərreyl”in ikinci heyətindən yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın voleybolçusudu.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info