Moskvada 2 türk yaralandı
Tarix: 03.05.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Rusiyanın paytaxtında 2 Türkiyə vətəndaşına silahlı hücum edilib.
Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, insident zamanı bir türk sürücü ayağından silahla, digəri isə bıçaqla yaralanıb.
Xəstəxanaya aparılan Türkiyə vətəndaşlarının səhhətinin yaxşı olduğu və ilkin tibbi yardım göstərilərək evə buraxıldıqları barədə məlumat verilib. İğtişaşın avtomobil qəzası nəticəsində yaranan davadan sonra baş verdiyi bildirilir. Hüquq-mühafizə əməkdaşlarının isə bildirdiyinə görə, hadisəni törədən şəxs aradan çıxıb.

“Hadisə axşam saatlarında baş verib. Hələlik naməlum olan səbəblərdən, iki avtomobil sürücüsü arasında dava yaşanıb. “Opel” markalı maşının sürücüsü tapança ilə “Kia” markalı maşının sürücüsünü ayağından yaralayıb. Hadisə zamanı bir piyada da bıçaqlanıb. Cinayəti törədən şəxs isə hadisə yerindən qaçıb” – polisin məlumatında deyilir.
“İnterfax” agentliyinə məlumat verən polis əməkdaşlarından biri “Opel” markalı avtomobildə 4 Orta Asiya vətəndaşının olduğunu və avtomobil qəzası zamanı türk sürücünün günahkar olduğunu deyib. Polis hadisəni törədənlərin ələ keçirilməsi üçün əməliyyatları davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info