“Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz“
Tarix: 23.08.2017 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb: "Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu qeyri-mümkündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz".
Deputat bildirib ki, erməni tərəfi bu səpkili informasıyalar yaysa da, heç bir real əsası yoxdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info