“Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda sərhədlərin açılması qeyri-mümkündür”
Tarix: 23.08.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Ermənistan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlamasını öz işğalçı məqsədləri üçün yozmağa çalışır. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, bəzən bu cür açıqlamalar ümumi siyasi nəbzi yoxlamaq üçün də verilir:“Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi Yerevan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün, öz mənafeyi baxımından yozmağa çalışır və artıq özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Birincisi, Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah kimsə Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. İkincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, qondarma “erməni soyqırımı” ilə Türkiyəni şantaj etdiyi halda iki ölkə arasında sərhədlərin açılması və ya Ermənistanın hər hansı bir şərt qoyması mümkünsüzdür. Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur”.
Millət vəkili bildirib ki, 2009-cu ildə də "sülh protokolları" məsələsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya atılmışdı, amma göründüyü kimi, baş tutmadı: “Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə münasibətləri "bir millət, iki dövlət" fəlsəfəsinə söykənir və Azərbaycan və Türkiyənin strateji maraqları son dərəcə üst-üstə düşür. Ona görə də istər hər hansı regional təşklilatlarla münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərdə Türkiyə ilə Azərbaycan öz fəaliyyətlərini koordinasiya edərək, hər iki dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edərək qərarlar qəbul edirlər. Düşünürəm ki, əgər gələcəkdə Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması kimi bir məsələ həqiqətən də siyasi gündəmi məşğul edən ciddi bir məsələ kimi qoyulacaqsa, onda tarixi strateji müttəfiq olan iki qardaş ölkə mütləq bunu müzakirə edəcək və ortaq maraqlardan çıxış edəcək. Ona görə də Ermənistanın indiki bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil, yalnız və yalnız ermənilərin özlərinə təsəlli vermələri üçündür”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info