“Azexport”a 7 ayda 53 ölkədən 264 mln. dollarlıq ixrac sifarişi daxil olub
Tarix: 23.08.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust ayı üçün sayı təqdim olunub.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 mln. ABŞ dolları dəyərində mal ixrac olub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

7 aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 mln. ABŞ dolları), ikinci yeri qızıl (60,7 mln. ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 mln. ABŞ dolları) tutur.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8,3 dəfə, elektrik enerjisi 3,2 dəfə, çay 60%, meyvə-tərəvəz 42%, kimya sənayesi məhsulları 30%, alüminium və ondan hazırlanan məmulatlar 29%, spirtli və spirtsiz içkilər 26%, plastmassa və onlardan hazırlanan məmulatlar 12% artıb.

2017-ci ilin iyul ayında qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 mln. ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

“Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 7 ayı ərzində “azexport.az” portalına dünyanın 53 ölkəsindən 264.3 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15% çox olub. Belə ki, “Azexport.az” portalına 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6,5, mart ayında 27, aprel ayında 29,9, may ayında 19, iyun ayında 62,3 və iyul ayında 71,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19%) ilə yanaşı Ukraynanın (7,8%), Türkiyənin (7,4%), ABŞ-ın (4,8%) və Səudiyyə Ərəbistanının (4,8%) adı var.

2017-ci ilin iyul ayında “Azexport.az” portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür. Bu məhsullar içərisində mahlıca, pambıq lintinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir mln. ABŞ dollarından çox olub.

Həmçinin “İxrac İcmalı”nın bu sayında pambıqçılığın inkişafı qeyri-neft sektoru üzrə ixracın artmasına töhfəsi, Azexport.az portalı vasitəsi ilə Azərbaycan mallarının Amazon.com portalında yerləşdirilməsi, Gömrük Bəyannamələrinin Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulması, Eskrou xidmətindən istifadə imkanları, pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatların Azexport.az portalında yerləşdirilməsi barədə də ətraflı məlumatlar əksini tapıb.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.


Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info