Gülnar Səma: “Əbülfət İslamı xatırlayarkən”
Tarix: 23.08.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əbülfət İslam 2016-cı ilin avqustunda 66 yaşında ömrünü başa vurdu. O, 1950-ci ildə Tovuz rayon Bozalqanlı kəndində anadan olmuşdu. Mənim həyatımda xüsusi rola malik bu insan ədəbiyyatımızın istedadlı qələm sahiblərindən idi. Bölgədə yaşasa da, müasir ədəbi prosesi daim diqqətdə saxlayan Əbülfət İslam uzun müddət Tovuz rayonunda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi dərnəyinə də rəhbərlik etmişdir.
Onun ilk kitabı “Heyf ki ömür azdır” adlanır. Sonralar “Nəsihətlər ” və “Təmsillər”, “Ürəyimlə oynama”kitabları da işıq üzü görmüşdür. O, az ömründə kifayət qədər sanballı əsərlər müəllifinə çevrilə bildi. Bir neçə kitabı çap olunan Əbülfət İslamın çapını gözləyən bir sıra irihəcmli əsərləri də var. Əsasən bədii yaradıcılıqla məşğul olan şairin araşdırma xarakterli əsərləri də mövcuddur.
Əsas peşəsi müəllimlik olan Əbülfət İslam uzun müddət Tovuz rayon Təhsil
Şöbəsinin əməkdaşı olmuşdur. İstər pedaqoji fəaliyyətində, istərsə də bədii yaradıcılığında sağlam düşüncəli gənc nəslin formalaşmasına hər şeydən çox önəm vermişdir. Rayonda yaşayıb-yaradan bir çox gənc qələm sahiblərinin özlərini təsdiqləmələrinə dəstək olmuşdur.
O, bütün ədəbi növlərdə qələmini sınamışdır. Maraqlı nəsr əsərləri ilə yanaşı sanballı poemaları da var. Şairin “Hikmət dəfinəsi” kitabında bir neçə poeması yer alıb. Onun “Ehtiyac” poeması avtobioqrafik xüsusiyyət daşıyır, özünün keşməkeşli həyat tarixçəsi əks olunmuşdur. “Xanəndə” poemasında isə el sənətkarı İsmayıl Məmmədovun poetik obrazı yaradılmışdır. Tarixi rəvayət əsasında qələmə alınan “Duel” poeması A.S.Puşkinə ithaf olunmuşdur.
Müəllifin folklor motivləri əsasında yazdığı poemalara “Ləyaqət”, “Salsal əfsanəsi”, “Xeyirxahlıq və qüdrət”, “Sehrli fəs”, “Üç qız”, “Qoşa dağ əfasnəsi” əsərlərini misal göstərə bilərik. Eləcə də, onun bir neçə alleqorik poeması da vardır. Həmin sıraya “Ayğır məğrurluğu”, “Ala öküzün nağılı”, “Çaqqal südü əmən şirin nağılı”, “Donuz hökmü” poemalarını nümunə çəkə bilərik. Ümumiyyətlə, onun təmsillərində son dərəcə tipik ümumiləşdirmə özünü göstərir. Bir nümunədə bunu müşahidə edə bilərik:

Dovşan ilə kirpini
Yarışa göndərdilər.
Qaçış üzrə Kirpiyə
Birinci yer verdilər.


Kirpinin mükafatı
Qucağıyla bir idi.
Çünki onu tapşıran
Dayısı Bəbir idi.
Yaxud da onun “Danışan kaman” poemasında insan ürəyinin dərinliklərinə bələd olan bir yazarın dünyagörüşü ilə tanış oluruq. Heca vəznində yazılmış əsərin əsas qəhrəmanı mükəmməl kaman ustası Rizvandır. Onun kamanına məftun olan Kamal on beş yaşlı qızı Gülnazı öyrənmək üçün Rizvanın yanına gətirir. Müsiqinin sirlərini tezliklə mənimsəyən “Qız kamançanı indi, Ustadıtək çalırdı”. Lakin ustadı bir musiqini çalmağı ona öyrətmir. Gülnaz isə söz verir ki, bu havanı özü öyrənib ustadına sürpriz edəcək. Bir gün Rizvan öz kamanında həmin mahnını çalanda qonşu otaqdan tələbəsi ifası ilə onun səsinə səs verir. Bu uğura ustadı çox sevinir.
Bundan sonra bir neçə həftə dərslərində fasilə yaranır. Narahat olan Gülnaz ustadıgilə gəlir. Ustadının xəstələndiyini görüb sarsılır. Həkim bildirir ki, o, komadadır. Onun yanında pıçıltı ilə də danışmaq olmaz. Qız yalvarır ki, mən kaman çalıb olun dərdini almaq istəyirəm. Axır ki, həkim razılaşır. Qızın həmin melodiyanı çalması ilə “…Xəstə sanki qımışdı, Gülnazın gözlərində sellər suya qarışdı”. Eləbil möcüzə baş verir, ustadı gözlərini açır. Üç gün sonra kamanlar yenə də məhəbbətin dilində danışırlar. Poemada insan duyğuları və onun hər cür çətinliklərə qalib gəlməsinin gücünə inamdan söhbət gedir.
Ümumiyyətlə, Əbülfət İslamın istənilən əsərində tamamilə özünəməxsus üslubun və xüsusiyyətlərin şahidi ola bilərik. Mövzusundan asılı olmayaraq bütün şeirlərini kamillik və mükəmməllik nümunəsi kimi ortaya qoymağın tərəfdarı idi. O, bütün yaradıcılığı boyu bu istəyini gerçəkləşdirməyə sadiq qaldı.

Gülnar Səma




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info