Qubada yeni elektron ATS istifadəyə verilib
Tarix: 23.08.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Quba rayonunun əsas turizm zonalarından sayılan Qəçrəş kəndində 256 nömrə tutumlu “KAREL” tipli yeni elektron ATS binası tikilərək istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti rayon ərazisində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işləri davam etdirir. Həyata keçirilən işlər çərçivəsində QubaTelekommunikasiya Qovşağının xidməti ərazisindəki elektron ATS-lərin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar yeni daha müasirləri ilə əvəz olunur, port tutumu və nömrə resursları artırılır.
Genişzolaqlı internetə olan tələbatı nəzərə alaraq kənd elektron ATS-lərində də mövcud port tutumunun artırılması üçün zəruri işlər görülür. Rayonun Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka kəndlərinin elektron ATS-lərində ən son texnologiyaya əsaslanan internet avadanlığı olan DSLAM (Digital Subscriber Line Access Multiplexer - Rəqəmli Abunəçi Çıxış Multipleksoru) quraşdırılıb.
Həyata keçirilən işlərin nəticəsi olaraq Quba rayonu üzrə internet istifadəçilərinin sayı 30 faiz artıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info