Qarabağ QHT Koalisiyası Şuşaya həsr olunmuş dəyirmi masa keçirib
Tarix: 03.05.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərərgahında Qarabağ QHT Koalisiyası tərəfindən Azərbaycanın ən qədim tarixi ərazilərindən biri olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümü ilə bağlı “Şuşa-beşiyində güllələnmiş mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov açaraq 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələrinin öz havadarlarının köməyi ilə Azərbaycanın tarixi ərazisi, mədəniyyət mərkəzi, musiqi beşiyi olan Şuşa şəhərinin işğal olunmasını Dövlətimizin ərazi bütövlüyünə vurulmuş ən böyük zərbə hesab etdi. V. Qədirov Şuşa şəhərindəki milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən bir qisminin dağıdıldığını, məhv edildiyini, bir qisminin isə ermənilədirilərək vandalizmə uğradıldığı barədə məsələlərin Beynəlxalq təşkilatların diqqətinə çatdırılmasının vacibliyini qeyd etdi.
V. Qədirov eyni zamanda Avropa Parlament Asableyasının bir qrup deputatının Dağlıq Qarabağa səfərlərini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirdi. Bütün Dünya dövlətləri ,beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycan Respublikasınım ərazi bütövlüyünə eyni zamanda Avropa Parlamenti tərəfindən də hörmət edilməlidir. Biz Avropa Parlamentinin deputatlarının bu hərəkətlərinə qəti etiraz edirik.
Daha sonra V.Qədirov Qaçqın və məcburi köçkün gənclərin bu mövzuya mənfi münasibətlərini xüsusi olaraq vurğuladı. Bildirdi ki indiki gənclik Azərbaycana qarşı ikili münasibətlərlə qətiyyən barışmırlar.
Koalisiyanın baş katibi Faiq İsmayılov Şuşa şəhərində milli-mədəni irsimizin necə dağıdılıb talan edildiyini, şəhərin məhəllələrində erməni kilsələrinin və monumental xaç abidələrinin tikilməsi barədə məlumat verdi. Bildirdi ki, ermənilərin bu vandal hərəkətləri, ermənilərin gələcəyə hesablanmış addımlarıdır. Bu yeni kilsələri ermənlər 50 il sonra ermənilərin milli-mədəni dəyərləri kimi misal göstərəcəklər. F İsmayılovun çıxışından sonra, ermənilərin Şuşa şəhərində milli-mədəni dəyərlərimiz üzərində törətdikləri vandallıq hərəkətləri, tarixi-mədəni abidələrimizin saxtalaşdırılması barədə əldə edilən məlumatları ifşa edən faktlar nümayiş, etdirildi.
Sonra müzakirələr başladı, çıxış edən natiqlər Avropa Parlamentinin Fransa və Cənubi Kiprdən olan deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlərinə etirazlarını bildirdilər.
Azərbaycanın Milli Elmlər Akademiyasının Soyqrım şöbəsinin üzvü fəlsəfə doktoru Vaqif Abışov, ermənilərin mütamədi şəkildə Azərbaycan ərazilərində törətdikləri soyqrımlar barədə ətraflı məlumat verdi.
Qarabağ” QHT Koalisiyasının üzvü Şamil Sabiroğlu, Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədri Almaz Zeynalova, Laçın İcra Hakimiyyəti Aparatının məsul işçisi Yaqut Cabbarlı, “Qarabağ” QHT Koalisiyasının üzvü Əkrəm Bəydəmirli, Dağlıq Qarabağ İctimai birliyinin nümayəndəsi Ayaz Salmanov, Təfəkkür Universitetinin III kurs tələbəsi Kamalzadə Səbinə, Slavyan Universitetinin müəllimi Nazim Tapdıqoğlu çıxış edərək Avropa Parlamentinin Fransa və Cənubi Kiprdən olan deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlərinə etirazlarını və iradlarını bildirdilər.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info