Ukrayna Donbasa BMT missiyasını cəlb edə biləcəkmi?
Tarix: 23.08.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Poroşenko bəyan edib ki, sentyabrda BMT Baş Assambleyasına Donbasa BMT sülhməramlı missiyasının yerləşdirilməsi ilə bağlı təklif təqdim edəcək

Ukrayna prezidenti Petr Poroşenko bəyan edib ki, BMT Baş Assambleyasına Donbasa BMT sülhməramlı missiyasının yerləşdirilməsi ilə bağlı təklif təqdim edəcək. Qeyd edək ki, rəsmi Kiyev tərəfindən bu ideya artıq 3 ildir ki, təkrarlanır. Politoloqlar hesab edirlər ki, bu məsələdə Kiyev bütün addımlarını Vaşinqtonla razılaşdırır.
Ukrayna dövlət başçısı BMT sülhməramlıları ilə bağlı məsəlin gələn ay keçiriləcək Baş Assambleyanın iclasında təqdim edəcəyini bəyan edib. Poroşenko qeyd edib ki, Donbas vilayətinə BMT bayrağı altında silahlı polislərin yerləşdirilməsi ilə bağlı təklif də irəli sürdüyünü xatırladıb. O, bu məsələni Almaniya və Fransa ilə razılaşdıracağını qeyd edib. Bu ilin iyul ayında Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Eliseyev bəyan edib ki. Donbasda vəziyyətin kəskinləşməsi BMT sülhməramlıları ilə bağlı ideyanı yenidən gündəmə gətirib. Bundan sonra məsələyə BMT-nin münasibəti də bəlli oldu. Birləşmiş Millətlər Təşkilatı açıqlayıb ki, Donbas vilayətinə hansısa sülhyaratma missiyası göndərməyə hazırlıq görmürlər: “Belə bir qərarın qəbul edilməsi üçün bütün tərəflərin razılığı olmalıdır”. Şübhəsiz ki, Kiyevin BMT sülhməramlı missiyasını gündəmə gətirməsi Moskvanın maraqlarına cavab vermir. Ona görə də Kreml bəyan edib ki, Ukraynada münaqişənin həlli ilə bağlı əsas sənəd olan Minsk razılaşmasında BMT sülhməramlıları ilə bağlı məsələ qeyd edilməyib. Bu fikir Rusiya xarici işlər naziri Lavrov tərəfindən də dilə gətirilib. ATƏT baş katibi olan Lamberto Zanyer də daha çox Moskvanın mövqeyinə yaxın açıqlama verib. O, Donbas vilayətinə BMT sülhməramlılarının yerləşdirilməsinin münaqişənin həllində effektli olacağına şübhə edir. Rəsmi Kiyev BMT sülhməramlıları və polisi ilə bağlı məsələ ilə yanaşı, daha bir məqamı xüsusi şəkildə qabardıb. Bu, Donbas vilayətini inteqrasiyası ilə bağlıdır. Ölkənin cənub-şərqində aparılan əməliyyatlara nəzarət edən xüsusi qərargahın səlahiyyətləri artırılmış olacaq. Eyni zamanda Ukrayna dövlət başçısına əlavə səlahiyyət verilməsi planlaşdırılır. Poroşenko parlamentin razılığı olmadan belə, müstəqil şəkildə hərbi vəziyyət elan edə, müəyyən əraziyə hərbi qüvvə göndərə bilər. Rusiya tərəfi BMT missiyası ilə bağlı ideyaya qarşıdır. Moskvanın təmsilçiləri iddia edirlər ki, onsuz da münaqişə bölgəsində ATƏT missiyası işləyir və bu missiyanın fəaliyyətinin münaqişənin həllinə heç bir müsbət təsiri yoxdur. Ona görə də BMT missiyası münaqişənin həllinə yardım etməyəcək. Politoloq Viktor Oleviç “RT”-yə açıqlamasında bildirib ki, Kiyevin BMT sülhyaratma missiyasını Donbas vilayətinə cəlb etmək ideyası Vaşinqtonla razılaşdırılıb. Ekspert onu da bildirib ki, belə bir missiyanın fəaliyyətinin uğurlu olacağına inam yoxdur. BMT missiyasının keçmiş Yuqoslaviyadakı fəaliyyətinə toxunan politoloq bildirib ki, belə bir missiyanın tərəflərin ümumi razılığı olmadan regiona gəlməsi mümkün deyil.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info