Əfqanıstanla bağlı strategiyanın detalları bəlli olur
Tarix: 23.08.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Ağ Ev rəsmisi:
“Yeni strategiyaya əsasən Əfqanıstanda olan Taliban, “Əl-Qaidə” və “İŞİD” üzvlərinin sayı, gücü, təlim düşərgələri, maliyyə şəbəkələri dəqiqləşdiriləcək”

Vaşinqton radikal Taliban hərəkatını ərazi gəlirlərindən məhrum etməyi və prezident Donald Trampın Əfqanıstan üçün hazırladığı strategiya çərçivəsində əfqan ordusunun döyüş qabiliyyətini artırmağı planlaşdırır.
Bu barədə “Röyter” agentliyinə ABŞ-ın yüksək səviyyəli rəsmisi Trampın Əfqanıstanla bağlı strategiyasını şərh edərkən bildirib. Ağ Ev rəsmisinin sözlərinə görə, bu məsələyə Əfqanistan ərazilərinin nə qədər hissəsinə hökumət və Taliban tərəfindən nəzarət edildiyi yoxlanılandan sonra qiymət veriləcək: “Yeni strategiyaya əsasən Əfqanıstanda olan Taliban, “Əl-Qaidə” və “İŞİD” üzvlərinin sayı, gücü, təlim düşərgələri, maliyyə şəbəkələri dəqiqləşdiriləcək”. O, strategiyanın həyata keçirilməsi üçün əfqan ordusunun döyüş qabiliyyətinin artırılmasının vacibliyini də önə çəkib. Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Əfqanıstan üçün yeni strategiyasını açıqlayıb. Amerika lideri strategiyanın hərbi aspektləri barədə danışmaqdan imtina etsə də, o, ABŞ hərbçilərinin tezliklə Əfqanıstanı tərk etməyəcəklərini deyib. Tramp, həmçinin Əfqanıstan məsələsində Pakistanın roluna toxunaraq, İslamabadı bəzi məsələlərdə ittiham edib. Maraqlıdır ki, ABŞ prezidentinin Əfqanıstan ordusunun səmərəliliyini artırmaq barədə dediklərinə bəzi siyasi ekspertlərin münasibəti müxtəlifdir. Məsələn, ABŞ-ın sabiq müdafiə naziri Çak Spinninin fikrincə, ABŞ əfqan ordusunu formalaşdırmaq üçün mütləq daimi şəkildə bu ölkədə qalmalıdır: “Ona görə də ABŞ Əfqanıstanda “dövlətçiliyin formalaşdırılması” ilə məşğul olmalıdır”.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşından xəbərdarlıq:
“İslamabad ABŞ-NATO ittifaqının Əfqanıstana göndərdiyi yüklərdə əsas təchizat məntəqəsidir”

Qeyd edək ki, ABŞ rəhbərinin Pakistanın ünvanına səsləndirdiyi ittihamlarla razılaşmayanlar da var. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq səlahiyyətlisi Fil Ciraldi xatırladıb ki, İslamabad ABŞ-NATO ittifaqının Əfqanıstana göndərdiyi yüklərdə əsas təchizat məntəqəsidir. ABŞ dövlət katibi Reks Tillerson isə bu ərazilərdə terroristlərə qarşı mübarizənin Pakistanın da maraqlarına cavab verdiyini bəyan edib. Tillerson ilə Pakistanın baş naziri Şahid Hakan Abbasi arasında telefon danışığı olub. Reks Tillerson İslamabadın Vaşinqtonla sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info