FHN-in xilasetmə dəstəsi Gürcüstanda yanğınların söndürülməsinə cəlb olunub
Tarix: 23.08.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Baş nazir Kvirikaşvili: “Azərbaycandan gələn yanğınsöndürənlər Gürcüstanda meşə yanğınlarının söndürülməsində yaxından iştirak edir”

Gürcüstanın müdafiə naziri: “Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik”

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb. FHN-in mətbuat xidmətindən bildiriblər ki, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının dörd texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin iki helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam olunub. Ümumilikdə təbii fəlakət zonasına Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. Xatırladaq ki, avqustun 22-dən FHN-in aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan, Türkiyə və Belarusdan olan yanğınsöndürənlərə meşə yanğınları ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür edib. Marqvelaşvili hadisə yerinə gələrək vəziyyətlə tanış olub: “Biz gördük ki, azərbaycanlılar, türklər və belaruslular gürcülərin nə qədər səmimi dostlarıdır”. Prezident köməklik edən bütün ölkələrə təşəkkürünü bildirib. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili söyləyib ki, Azərbaycandan gələn yanğınsöndürənlər və xilasedicilər Gürcüstanda iki gündür davam edən meşə yanğınlarının söndürülməsində yaxından iştirak edir. Baş nazirin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycandan və Türkiyədən gələn helikopterlər, eləcə də Belarus və Türkiyədən gəlmiş xilasedici təyyarələr yanğınların söndürülməsində fəal iştirak edirlər: “Məhz onların köməkliyi ilə yanğının üç istiqamətdən yayılmasının qarşısını almaq mümkün olub. Bununla belə yanğının miqyası çox böyükdür. Ağır texnika və yanğınsöndürənlər bütün gecəni işlərini davam etdirəcəklər”. Baş nazir Azərbaycan, Türkiyə və Belarusdan gələn yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlıq edib. Qeyd edək ki, Kvirikaşvili ölkənin Borjomi-Xaraqul qoruğunda, eləcə də digər regionlarda baş vermiş meşə yanğınlarının söndürülməsinə Silahlı Qüvvələrin qoşulmasını təklif edib. Baş nazir bununla əlaqədar Prezident Giorgi Marqvelaşviliyə müraciət edib. Bildirilir ki, Prezident müraciətə müsbət cavab verib. Hökumətin qərarı ilə, yanğının söndürülməsi və mümkün risklərin qarşısının alınması üçün mülkü əhali də səfərbər olunacaq. Gürcüstanın müdafiə naziri Levan İzoriya da ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib. Nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”. Nazir deyib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək yanğının qarşısının tam alınmasına mane olur: “Azərbaycan və digər ölkələrin göstərdiyi kömək sayəsində yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info