“İstanbul Başakşehir” komandası “Qarabağ”ı təbrik edib
Tarix: 24.08.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Türkiyənin “İstanbul Başakşehir” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunu təbrik edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb.
Klubun “Facebook”dakı rəsmi səhifəsində yer alan təbrikdə qeyd olunub: “Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!”. Səhifədə “Kopenhagen”-“Qarabağ” oyununda əllərində Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqlarını tutan azarkeşlərimizin fotosu da yerləşdirilib.
“Qarabağ” komandası səfərdə Danimarkanın “Kopenhagen” komandasına 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk oyunda qazandığı minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info